Soyuqda heç isinə bilməmək iki xəstəlikdəndir

07:27 24-10-2023 | icon 254 | Sağlamlıq
Soyuqda heç isinə bilməmək iki xəstəlikdəndir

Soyuqlar düşən kimi donma hissi, qızına bilməmək, əl-ayağın soyuması daha çox gənclərdə və qadınlarda rast gəlinir.

 
 
Terapevt Olesya Savelyeva soyuqda titrəmənin səbəbi kimi 2 xəstəliyi misal çəkib.
 
 
“Əgər insan hətta otaq temperaturunda belə isinə bilmirsə, soyuğa qarşı çox həssasdırsa, bu insanın fərdi qidalanma tərzindən ola bilər. Əgər o, kifayət qədər yağ, ət, zülal yemirsə, B12 və B9 vitamini əskikliyi olacaq.
 
 
Eləcə də qızlar və qadınlarda soyuq hissinin əsas səbəbi anemiya və zob xəstəliyidir.
 
 
Dəmir əskikliyində orqanizm, ürək və ağciyərlər oksigen aclığı hiss edir, enerji və istilik mübadiləsi tənzimləyən sistem düzgün işləmir. O ki, qaldı zoba, əsasən hipoterioz zamanı bədənin istiliyi saxlaması pozulur.
 
 
Bu zaman qalxanvari vəz lazımi hormonları az hasil edir. Buna görə əzələlər istini az qovur.
 
 
Donma hissi qanda qlükoza, şəkərin səviyyəsi qalxanda da artır. Çünki preddiabet və diabetdə aşağı ətrafların qan damarları zədələnir, qan axını pozulur.
 
 
Eləcə də bədəni daim soyuq olanlar böyrəküstü vəzilərin fəaliyyətini yoxlasın, arterial təzyiq aşağı olduqda, soyuq hissi gəlir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR