İsa Məsihin döyməsi olan 1300 yaşlı kişinin QALIQLARI

07:29 24-10-2023 | icon 288 | Maraqlı
İsa Məsihin döyməsi olan 1300 yaşlı kişinin QALIQLARI

Alimlər indiki Sudan ərazisində təxminən 1300 il əvvəl yaşamış, İsa Məsihlə əlaqəli unikal döyməsi olan insanın qalıqlarını aşkar ediblər.

 

Tapıntı müasir Misir və Sudanın bir hissəsini əhatə edən Nubiya bölgəsində orta əsr monastırının yaxınlığındakı qəbiristanlıqda tapılıb.

 

Kişinin sağ ayağında tapılan döymə Xrizma və ya xrismon (Xi-Ro) simvoludur.

 

Bu kəşf orta əsrlər Nubiyadakı insanların dini təcrübələri və inancları haqqında unikal məlumatlar verir. Onun sağ ayağındakı döymənin yeri alimlərin marağına səbəb olub, çünki Məsihin çarmıxa çəkilməsi zamanı bu nahiyəyə mismar vurulmuş ola bilər.

 

Bununla belə, açıq-aydın dini işarələrə baxmayaraq, kişinin rahib olub-olmadığı məlum deyil. Çünki o, monastır qəbiristanlığında deyil, yaxınlıqdakı icmalardan olan insanlar üçün nəzərdə tutulan qəbiristanlıqda dəfn edilib.

 

Radiokarbon tarixləşdirməyə baxanda bu adamın 667-774-cü illər arasında, xristianlığın bölgədə əsas din olduğu bir dövrdə yaşadığı görünür.

 

Ölüm zamanı adamın 35-50 yaşları arasında olduğu ehtimal edilir. Döymə yalnız indi qazıntıdan sonrakı əlavə təhlil və tam spektrli fotoqrafiya sayəsində aşkar edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR