Sülh müqaviləsi mutləq imzalanacaq və...

12:13 24-10-2023 | icon 723 | Siyasət
Sülh müqaviləsi mutləq imzalanacaq və...

Ramil Hüseynov: "Ermənistana, onun havadarlarına güzəşt edə bilmərik"

 

“Ermənistan bu gün aciz, məğlub durumda olsa da, Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınır. Ermənistan və havadarları sanki Azərbaycanın məsələyə humanizm, sülhpərvər, tolerant yanaşmasından sui-istifadə edib, prosesləri başqa səmtə yönəltməyə çalışırlar. Amma başqa çıxış yolları yoxdur”.



Versus.Az xəbər verir ki, bunu “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlı açıqlamasında bildirib.

 


Ekspert qeyd edib ki, sülh müqaviləsi Cənubi Qafqazda sulhun, əminəmanlığın, inkşafın təminatını rəsmiləşdirən dövlətlərarası bir sənəd olacaq:

 

“Müstəqilliyini tam əlindən verən erməni baş nazir üçün bu addımı atmaq o qədər də asan deyil. Amma yaxşı olardı ki, Paşaniyan kənar təsirləri yox, Ermənistanın maraqlarını düşünsün. Çünki Azərbaycan atdığı addımlarla regiaonun inkşafı, Cənubi Qafqazda yeni siyasi- iqtisadi layihələr üçün zəmin yaradıb. Ermənistanı idarə edənlər ağıllı siyasi kurs götürsələr bu prosesin tərkib hissəsində ola bilərlər. Biz hər addımımızı ölkəmizin maraqları, mənafeyi, bütövlüyü uğrunda atırıq. Bu addımlar hal-hazırda ölkəni idarə edənlər tərəfindən cox uğurla həyata keçirilir. Bu uğurlar millətimizin, dövlətimizin xoşbəxt gələcəyi üçün çox böyük imkanlar açır. Güman edirəm ki, bunun bəhrəsini yaxın gələcəkdə hamımız birgə hiss edəcəyik”.

 

R.Hüseynov bildirib ki, artıq regionun sülh haqqını almaq üçün Ermənistana, onun havadarlarına güzəşt edə bilmərik. Onun fikrincə, Avropadan gələn cəfəng istək və xahişlər də Sülh Müqaviləsini uzada bilər. Çünki sülh müqaviləsi Ermənistanın məğlubiyyətinin rəsmi imza ilə təsdiqlənməsidir:

 

"Azərbaycan Ermənistan və onların havadarları ilə onların öz dillərində danışmağı bilir və bu kursunu sərt diplomatiya ilə davam etməlidir. Azərbaycan tez bir zamanda bu 30 il ərzində ona dəymiş zərərin ödənilməsini, təzminat davasını açmaqla beynəlxalq məhkəmələri silkələməlidir. Ermənilərin Xankəndini tərk etməsi deyil, azərbaycanlıların Xankəndiyə qayıdışı, İrəvandan qovulmuş azərbaycanlıların öz yurdlarına, evlərinə qayıdışı tələbi gündəmə çıxmalıdır".

 

R.Hüseynov xatırladıb ki, Azərbaycan məhz Ermənistan tərəfindən işğala məruz qalan ölkədir. Azərbaycan əraziləri məhz Ermənistan və onun Qarabağdakı uzantıları tərəfindən yağmalanıb, dağıdılıb, maddi -mənəvi abidələrimiz məhv edilib, insanları öz evində soyqırım, deportasiyalara məruz qalıb:

 

“Bütün bunlarla yanaşı biz həmişə Ermənistanı sülhə çağırmışıq. Hələ ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Ermənistan hakimiyyətinə dəfələrlə “atəşi kəsin, silahı yerə qoyun”-deyə sülh çağırışları edilib. Vasitəçi kimi münaqişənin həlli üçün araya girən vasitəçi dövlətlərin bu illər hansı mövqe sərgilədiyi də bizə bəllidir. Və nəhayət 44 günlük savaşdan sonra, hətta 1 günlük antiterror tədbirinə qədər və bu gün də Ermənistan sülhə dəvət edilir və Azərbaycan bütün formatlarda keçirilən sülh danışıqlarında iştirak edərək, özünün baza prinsiplərini təqdim edir. Lakin Ermənistan hər zaman sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün müxtəlif təxribatlara əl atıb. Beynəlxalq hüquq, insan haqlarının qorunması müxanizmlərinə əsasən Azərbaycan işğala, haqsızlığa uğrayan tərəf olaraq öz haqqını qorumaqla yanaşı, Azərbaycan ərazilərində yaşayan etnk ermənilərə da yaşamaq haqqını verdi. Amma ermənilərin bundan necə sui-istifadə etdiyi ortada. Bununla belə Ermənistan siyasi dairələri yenə də növbəti manervrlərlə çıxış edir. Avropa Birliyi vasitəsi ilə Azərbaycanı həbs olunan erməni cinyətkarlara amnistya verməyə çağırır. Görünən odur ki, Ermənistan özünün məkirli iddiasından əl çəkmir və onun havadarları da hər vəchlə ona dəstək verməyə hazırdır. Onlar Azərbaycanın qarşısında şərt qoymaq şansı qazanmaq üçün əllərindən gələni edirlər. Amma bu müqavilə mutləq imzalanacaq və bu, qısa zaman ərzində olmalıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM