Ermənistanın silahlandırılması regionda vəziyyəti gərginləşdirir

13:43 24-10-2023 | icon 420 | Qarabağ
Ermənistanın silahlandırılması regionda vəziyyəti gərginləşdirir

Şair Ramaldanov: "Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edə bilərlər”

 

“Ermənistanın sülhdən qaçması, hərbi meyldən əl çəkmədiyini ortaya çıxarır. Geosiyasi arenada gedən proseslərə nəzər salsaq, Ermənistan baş nazirinin təhlükəli oyun oynadığını deyə bilərik. Ermənistan Rusiyaya qarşı olan qüvvələrə şərait yaradaraq regionda qarşıdurma yaratmaq üçün katalizator rolunu oynayır. Bu, region üçün təhlükəli amildir. Bu baxımrdan Ermənistanın silahlandırılması region dövlətləri yaxşı heç nə vəd etmir”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Fransanın Ermənistanı silahlandırmaq istəyi, hava hücumundan müdafiə sistemləri ilə baglı müqavilənin region, ölkəmiz üçün yarada biləcəyi təhlükə ilə bağlı açıqlamasında bildirib.

 

Ş.Ramaldanov qeyd edib ki, ilk baxışdan Ermənistanın müstəqil bir dövlət kimi digər dövlətlərlə əməkdaşlığı, o cümlədən hərbi istiqamətdə qurduğu münasibətlər normal görünür. Ancaq Ermənistanda revanşist qüvvələrin müəyyən təsirlərinin olmasını, siyasi, hərbi rəhbərlik arasındakı problemləri, daxili gərginliyi nəzərə alsaq, Ermənistanın silahlandırılması regionda vəziyyətin gərginləşdirilməsinə gətirib çıxarda bilər.

 

Ekspert hesab edir ki, Ermənistanın iqtisadi vəziyyətini nəzər alsaq, bu silahlar ona kredit, ya da yardım formasında verilə bilər. Onun fikrincə, bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin asılı vəziyyətdə qalaraq sifarişləri yerinə yetirməsinə şərait yaradacaq:

“Fransanın qərəzli mövqeyi, burda olan maraqları onu deməyə əsas verir ki, vəziyyətin gərgin olması istisna deyil. Xüsusən də Azərbaycana olan qərəzli mövqeyi diqqətdən qaça bilməz”.

 

Ekspert hesab edir ki, Azərbaycan müəyyən addımlar ataraq bu prosesi əngəlləyəcək. Onun fikrincə, hazırda 3+3, yaxud 3+2 görüşləri regionda olan sabitliyə yönələn xəttir:

 

“Ermənistanın Fransa, Hindistan və digər dövlətlər tərəfindən silahlandırılması onu Azərbaycanla müqayisə olunacaq səviyyəyə çatdıra bilməz. Maraqlı güclərin revanş niyyəti ilə atdığı addımlar ürəklərində qalacaq. Azərbaycan ordusunun inkişafı, gücü hər an təxribatların qarşısını almağa, vəziyyəti gərginləşdirmək istəyənlərə cavab verməyə qadirdir. Azərbaycan öz torpaqlarını qorumaq, təxribatlara cavab vermək durumunda.Ona görə də Ermənistanın silahlandırılması Azərbaycanı narahat etmir. Bu, sadəcə regionda gərginlik fonunu yaratmaqla iqtisadi layihələrin gerçəkləşməsini gecikdirə bilər. 3+3 və yaxud, 3+2 formatında məsələlər müzakirə olunaraq iqtisadi prosesə maneə olan halları nəzərdən keçirib, Ermənistanı sülh müqaviləsini bağlamağa məcbur edə bilərlər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq