“WhatsApp”ın təhlükəli versiyaları barədə XƏBƏRDARLIQ

09:39 25-10-2023 | icon 613 | Maraqlı
“WhatsApp”ın təhlükəli versiyaları barədə XƏBƏRDARLIQ

24 oktyabr 2023-cü il tarixindən etibarən “WhatsApp” “Android” 4.4 və bu nəsil əməliyyat sisteminin (ƏS) daha köhnə versiyaları ilə işləyən smartfonlarda dəstəklənməyəcək. Bu məhdudiyyəti aradan qaldırmaq yollarından biri kənar tərtibatçılardan qeyri-rəsmi mesencer proqramını quraşdırmaqdır, lakin bu üsul insanların ödəniş və digər şəxsi məlumatlarını itirməsi ilə nəticələnə bilər.

 

Bu barədə informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış rusiyalı mütəxəssis Pavel Kuznetsov məlumat verib.

 

“Əlbəttə, ən yaxşısı köhnəlmiş smartfondan tamamilə istifadə etməməkdir. Ancaq bu mümkün deyilsə, o zaman sizə iki tövsiyə verə bilərəm. Birincisi, qorunma vasitələrindən, məsələn, mobil antiviruslardan istifadə etməkdir. İkincisi, “rəqəmsal gigiyena” qaydalarına riayət etməkdir. Əməliyyat sisteminin köhnəlməsi kontekstində bu tövsiyə ilk növbədə rəsmi proqramların istifadəsinə aiddir. İstər “WhatsApp” olsun, istərsə də digər onlayn xidmətlər”, - deyə ekspert əlavə edib.

 

Bir insanın yeni smartfonu olmasa belə, yəqin ki, kompüteri var. Kuznetsov hesab edir ki, “WhatsApp”ın brauzer versiyasını işlətmək naməlum mənbədən yüklənilən proqramdan daha təhlükəsizdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq