Bədəndəki göyərmələr təhlükəli xəstəliyin ƏLAMƏTİDİR

09:06 26-10-2023 | icon 378 | Sağlamlıq
Bədəndəki göyərmələr təhlükəli xəstəliyin ƏLAMƏTİDİR

“Kiçik bir travmadan sonra çox böyük göyərmə sahəsi yaranırsa, diqqətli olmaq lazımdır”.

 

Bunu rusiyalı terapevt Darya Miftaxova deyib. Həkim hansı hallarda bu simptomlarla üzləşdikdə mütəxəssisə müraciət etməli olduğumuzu izah edib.

 

Miftaxovanın sözlərinə görə, yüngül zərbələrdən sonra yaranan böyük göyərmə sahələri qanın kifayət qədər laxtalanmaması səbəbindən yarana bilər. Bunun səbəbi trombositlərin qanda səviyyəsinin aşağı olması və ya laxtalanma faktorlarında çatışmazlıq ola bilər. Həkim xəbərdarlıq edib ki, bu halda qanaxma həyati təhlükə yarada bilər:

 

“Həmçinin bədəndə eyni vaxtda yaranan və ölçüsü bir santimetrdən çox olan çoxlu sayda göyərmə olduqda diqqətli olmalısınız”.

 

Bundan əlavə, əgər göyərmələr tez-tez baş verir və qəfil qanaxma ilə müşayiət olunursa, xüsusən də oynaqlarda, əzələlərdə və yumşaq toxumalarda, həkimlər hemofiliyadan şübhələnə bilərlər.

 

“Bədəndə tez-tez çox sayda iri həcmli göyərmələr yaranarsa, həkimə müraciət etməlisiniz. Xəstədə qanaxma pozğunluğuna dair şübhə varsa, ona trombositlərin miqdarı, PT (protrombin vaxtı) və APTT (aktivləşdirilmiş qismən tromboplastin vaxtı) müəyyən edilməsi üçün analizlər təyin edilməlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122