Şuşaya növbəti infotur təşkil edilib

10:26 26-10-2023 | icon 383 | Qarabağ
Şuşaya növbəti infotur təşkil edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq Şuşa şəhərinə növbəti infotur təşkil edib.

 

Versus.Az xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

 

Bildirilib ki, şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olan infotur iştirakçıları Şuşa qalasını, Molla Pənah Vaqifin məqbərəsini, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Cıdır düzünü də ziyarət ediblər.

 

İnfoturda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması sahəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən sosial media fəallarının bir qrupu iştirak edib. Onlar işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.

 

Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işğalçıların şəhərdə törətdikləri vandalizmin nəticələrinin aradan qaldırılmasını təmin edəcək, uzun illər məcburi köçkünlük yaşamış yerli sakinlərinin tezliklə doğma yurda qayıdışına imkan yaradacaq. Dövlət Proqramında təsbit olunmuş və şəhərin dirçəldilməsi üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır: Yeni yaşayış sahələrinin inşası ilə yanaşı şəhər infrastrukturunun yenidən qurulması da sürətlə aparılır. Bütün bunlar barədə infotur iştirakçılarına ətraflı məlumat verilib.

 

Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq