"Fələstinlilər özləri terrorçulardan azad olmalıdırlar və..."

11:23 30-10-2023 | icon 1060 | Geopolitika
"Fələstinlilər özləri terrorçulardan azad olmalıdırlar və..."

Fuad Əliyev: "Bu qətliam sözün əsl mənasında soyqırım aktıdır"

 

“Bu gün İsrail dövləti fələstin xalqı ilə yox, terrorçu qruplaşmalarla mübarizə aparır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında prezidentliyə eks-namizəd, siyasi ekspert Fuad Əliyev açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, İsrail özünü müdafiə etmək üçün terrorçulara qarşı əməliyyət aparır:

 

“Oktyabrın 7-i İsrail, HƏMAS terrorçu qruplaşmanın irimiqyaslı raket hücumuna məruz qaldı. HƏMAS terrorçuları fələstin xalqından ayırmaq lazımdır.  Bu gün İsrail dövləti fələstin xalqı ilə yox, terrorçu qruplaşmalarla mübarizə aparır. Qəzzada güya “seçkidə qalib” gələn, amma əslində zorla ələ keçirmiş HƏMAS terrorçuları hərbi texnikanı, raketləri xəstəxanalar, məktəb və uşaq baxçalarda yerləşdirmişdir. Xarici mətbuatla tanış olanda, bəzilərin – “niyə İsrail quru əməliyyata keçmir. İsrail qorxur Qəzzaya girmək” və sair kimi yazılarla rastlaşırdım. Belə çıxır ki, bunu deyənlər günahsız uşaqların, mülki insanların ölümünü istəyirlər. Deməli, bunlar dolayısı ilə oktyabrın 7-i HƏMAS tərəfindən insanların, günahsız uşaqların öldürdüyünü dəstəkləyirlər”.

Fuad Əliyevin sözlərinə görə oktyabrn 7-i baş verən qətliam sözün əsl mənasında soyqırım aktıdır:

 

“Oktyabrın 7-i baş verən qətliam yahudilərin soyqırımı olub. Eynilə biz erməni separatçıları, terrorçuları tərəfindən törədilən Xocalı soyqırımına məruz qalmışdıq. ASALA, HƏMAS, HİZBULLAH, PKK kimi terrorçu təşkilatların bir taktikası var. Bu, dinc əhaliyə qarşı qətliam törətmək, panika və xaos yaratmaq. HƏMAS Qəzzada fələstinliləri qirov saxlayır, öz çirkin əmələrini həyata keçirmək üçün onları qurban verir. Qəzzada xəstəxanaya düşən raket birbaşa HƏMAS terrorçu təşkilatı tərəfindən atılıb. Məqsəd də aydındır. Dünya ictimaiyyətini oktyabrın 7-i törədikləri qətliamdan yayındırmaq və Qəzzada xəstəsnada ölənlərə görə İsraili günahlandırılmaq idi. Buna da nail ola bilmədilər”.

 

Fuad Əliyevin fikrincə, fələstinlilər özləri terrorçulardan azad olmalıdırlar və İsrailə bu işdə dəstək verməlidirlər.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq