Xəstəxanalarda randevu sistemi test rejimdə tətbiq olunacaq

12:14 31-10-2023 | icon 305 | Sağlamlıq
Xəstəxanalarda randevu sistemi test rejimdə tətbiq olunacaq

“Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda tətbiq olunacaq randevu sistemi test rejiminə artıq hazırdır və “Medinex” - 2023” sərgisində nümayiş olunacaq”.

 

Versus.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində təşkil olunacaq III Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (“Medinex”) barədə məlumat verərkən deyib.

 

Onun sözlərinə görə, sərgidə “e-Tabib” mobil tətbiqinə əlavə olunacaq randevu sistemi haqqında məlumat veriləcək:

 

“Sərgidə həmçinin çəkisi 4 kq-dan az olan rentgen cihazı da təqdim ediləcək. İnnovativ avadanlıqların ölçüləri kiçik olsa da, dəqiq nəticələrin əldə olunmasına imkan yaradır".

 

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Medinex” - 2023” sərgisinin rəsmi dəstəkçisidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR