Acun hər ölkədə bir motosiklet saxlayır

08:06 01-11-2023 | icon 532 | Şou-biznes
Acun hər ölkədə bir motosiklet saxlayır

Məşhur türkiyəli iş adamı Acun İlıcalı maraqlı açıqlamaları ilə gündəm olub. O, verilişlərin birində avtomobil və motosiklet kolleksiyaları barədə danışıb.

 

Söhbət zamanı o, gözlənilənlərin əksinə olaraq maşınının çox olmadığını vurğulayıb:

 

“Cəmi 3-4 avtomobilim var. Motosikletim isə 12-13 dənədir”.

 

Biznesmen bu motosikletlərin hamısının Türkiyədə olmadığını vurğulayıb:

 

“Motosikletlərim müxtəlif şəhərlərdə və ölkələrdədir, çünki (səfər edərkən) onları özümlə daşıya bilmirəm. Nə etməliyəm? Motosikletlə getməliyəm? Dominikada dörd, Mayamidə iki, Çeşmədə üç, İstanbulda dörd motosikletim var”.

 

Qeyd edək ki, İngiltərənin “Hall Siti” və İrlandiyanın “Şelburn” klublarının sahibi olan 54 yaşlı Acun İlıcalının sərvətinin təxminən 100 milyon dollar məbləğində olduğu bildirilir. “TV8”, “TV8,5” VƏ “EXXEN” şirkətlərinin də sahibi olan iş adamı eyni zamanda səkkiz ölkədə proqramlar hazırlayır.

 

Yeri gəlmişkən xatırladaq ki, məşhur biznesmen oktyabrın 22-də Bakıda “İnnovativ inkişaf və fürsətlər” adlı seminar keçirib. Bol motivasiyanın, varlanmağın, yaxşı pul qazanmağın, biznes sahibi olmağın yolları barədə məlumatların olacağı vədi verilən seminar üçün biletlərin minimum qiyməti 40, maksimum 490 manat olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR