Azərbaycan əhalisinə ŞAD XƏBƏR

09:19 01-11-2023 | icon 515 | İqtisadiyyat
Azərbaycan əhalisinə ŞAD XƏBƏR

Son bir neçə ayda dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğda ucuzlaşıb.

 

Belə ki, bu ay ərzaqlıq buğdanın 1 tonunun orta aylıq idxal dəyəri 230,9 ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayı müqayisədə təqribən 28% azdır. Eyni zamanda, beynəlxalq proqnozlarda bu il buğda istehsalının artacağı vurğulanır. Bu isə ölkəmidə də çörəyin az da olsa  ucuzlaşmasına şərait yaradıb. 

 

Maraqlıdır, gələcəkdə baş verə biləcək qiymət artımından sığortalanmaq üçün Dövlət Taxıl Fondunda taxılı artırmaq lazımdırmı?

 

İqtisadçı Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində Taxıl Fondunun qiymətləri tənzimləmək kimi bir öhdəliyi yoxdur:


"Dövlət Taxıl Fondu ölkə üçün strateji fonddur. Hər hansı bir ajiotaj və qıtlıq hallarında istifadə etmək üçün nəzərdə tutulub. Nə vaxt ki, qıtlıq yarandı, o qıtlığın aradan qaldırılması da qiymətlərə təsir göstərir. Amma bu, qiymət tənzimləmək üçün deyil. Aclıq, hər hansı fəlakət nəticəsində ölkədə bütün taxıl ehtiyatları tükəndi, idxal mümkün olmadı-taxıl fondunun təyinatı bundan ötrüdür. Taxıl Fondunun ehtiyatlarını vaxtaşırı dəyişmək, onu bazara çıxarıb qiymətləri tənzimləmək üçün istifadə etmək mümkündür. Buna ehtiyac varmı? Taxıl Fonduna hazırda daha böyük həcmdə taxıl alınmasına ehtiyac yoxdur. Taxıl ikinci ildir dünyada ucuzlaşır. Ukraynadan taxıl idxalının azalması dünya ölkələrinə təsir etdi. Dünya dövlətləri öz maraqları naminə taxıl istehsalını artırmağı hədəfləyb. Buna görə də ucuzlaşma davam edir. Davam da edəcək. Taxıl istehsalının artım tempi müşahidə olunur. Hesab etmirəm ki, qarşıdakı aylarda taxılın qiyməti o qədər bahalaşsın". 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR