Fransanı Azərbaycana qarşı tutan erməni “Don Ki Xot”luğu və…

16:54 01-11-2023 | icon 447 | Siyasət
Fransanı Azərbaycana qarşı tutan erməni “Don Ki Xot”luğu və…

Cənubi Qafqazı “gərginlik ocağı” kimi saxlamağa çalışan xarici güclər hər fürsətdən istifadə edir. Xüsusən, Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsini həzm edə bilməyən Fransa kimi dövlətlər sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı danışıqları yanlış səmtə yönəltməyə, bloklamağa cəhdlər edir.

 

Fransa Ermənistanı silahlandirır, qərəzli çıxışlarla, Brüssel görüşünü pozmaqala əngəl yaratmaq istəyini gizlətmir. Fransanın regionla bağlı bu siyasətinin arxasında nə dayanır?

 

“Fransa bu siyasətlə beynəlxalq birlikdə hörmət qazana bilməz”

 

Deputat Aydın Mirzəzadə açıqlamasında bildirib ki, Fransa böyük bir dövlət kimi Dünya Birliyində nüfuzunu itirməkdədir. Belə ki, Fransa Afrikadan qovulur, beynəlxalq birlikdə hər hansı bir konstruktiv təklif irəli sürmür, hansısa bir məslədə sərgilədi mövqe elə də əhəmiyyət daşımır.

 

Deputat eyni zamanda bu ölkənin daxilində narazılığın həddən artıq böyüdüyünü önə çəkib:

 

“Fransa rəhbərliyi hesab edir ki, onlar bu məsələdə aktivlik göstərib ənənəvi tərəfdaşları olan Ermənistanı müdafiə etməklə siyasi nüfuzlarını bərpa edə bilərlər. Ancaq bu, yeni müsəmləkəçilik siyasətidir, bu beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə siyasətlə Fransa nə özünün nüfuzunu bərpa edə bilər, nə də beynəlxalq birlikdə hörmət qazana bilməz”.

 

A.Mirzəzadə regionda həllini gözləyən məsələlərin gecikməsini və danışıqlar prosesində ortaya çıxan ziddiyyətləri Ermənistanın hələ də öz məğlubiyyətini dərk qəbul edə bilməməyi ilə əlaqələndirib:

 

“Ermənistan toplumu tarixin müəyyən dövrlərdə xaricdən verilən dəstəklə Azərbaycanın bir çox ərazilərində yerləşdirilib. Ermənilərin revanşist iddialrına dəstək verilib, başqa xalqın torpağını, mədəniyyətini, adının oğurlamasına göz yumulub. 100 illər davam edən bu yanlış prosesin qarşısı Azərbaycanın qətiyyəti ilə alındı. Erməni separatçıları, terrorçuları Azərbaycan torpaqlarından çıxarıldı. Azərtbaycan öz ərazi bütövlüyünü bərpa edərək bu gün Ermənistanla beynəlxalq hüquqa uyğun olaraq münasiətlər qurmağı təklif edir. Lakin Ermənistan hələ də bunun mahiyyətini dərk edə bilmir, yaxud qəbul edə bilmir. Hələ də onlara elə gəlir ki, hansısa bir sehirli qüvvə bunların işğalçı siyasətinə dəstək verəcək, saxta, qərəzli iddialarına yardımçı olacaq. Buna görə də gələcək üçün faydalı olan təklifləri görə bilmir. Görsəydi, torpaqlarımızı işğal etməz, neft və qaz kəmərlərinin Ermənistandan keçməsinə şərait yaradar, öz büdcəsinə hər il yüz milayardlarla dollar gəlir gətirilməsinə səbəb olardı”.

 

A.Mirzəzadə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan iqtisadiyyatını dirçəltməyə, əhalinin sosial -iqisadi vəziyyətini yaxşılaşdırmağa, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmağa kömək edə bilər. Onun fikrincə, Ermənistan bu gerçəkliyi qəbul edə bilmədiyi üçün növbəti dəfə tarixi səhvə yol verir:

 

“Ermənistan bu siyasətlə ilk növbədə özünə zərər vurur. Artıq Azərbaycan elan edib ki, özünün Naxçıvan bölgəsi ilə əlaqəsini İran ərazisi vasitəsi ilə həyata keçirəcək. Azərbycandan Naxçıvana, oradan isə Türkiyəyə gedən yüklər İrana iqtisadi fayda verəcək. Ermənistan bu faydadan məhrum olur. Ermənistanın gələcək nəsilləri bu zərəri mütləq öz üzərilərində hiss edəcəklər”.

 

“Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var”

 

Türkiyə Qafqaz Araşdırmaları mərkəzinin rəhbəri Hasan Oktay açıqlamasında qeyd edib ki, noyabrın 10-da imzalanan sülh sazişindən sonra Cənubi Qafqazda təəccüblü hadisələr baş verdi.

 

Ekspert hesab edir ki, müqavilənin dördüncü maddəsinə daxil edilən “Laçın dəhlizi” Rusiyanın Cənubi Qafqazda daimi mövcudluğunu göstərmək baxımından son dərəcə əhəmiyyətli idi. Lakin Ukrayna böhranı bu münaqişənin gedişatını dəyişdirdi. Bundan əlavə, Rusiya ilə Ermənistan arasında münasibətlərin açılması Rusiyanın 30 ildir həyata keçirdiyi Cənubi Qafqaz siyasətini Ermənistan üzərindən aparması ilə nəticələndi:

 

“Ciddi sapmalar baş verməyə başladı. Xüsusən də Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması Rusiyanın Cənubi Qafqaz siyasətində dəyişiklik etməsinə imkan yaratdı. Ermənistanın Dağlıq Qarabağ bölgəsinin öz problemi olmadığını və bu problemin Rusiya ilə Azərbaycan arasında həll edilməli olduğunu bildirməsindən sonra Putin strategiyanı dəyişmək qərarına gəldi və konstitusiyanı Azərbaycan ərazisində həyata keçirmək imkanı yarandı, yeddi rayondan sonra Azərbaycan Qarabağı öz ərazisinə birləşdirdi”.

 

Ekspert belə bir şəraitdə Fransanın Rusiyanın Ermənistanda boşaltdığı məkanı doldurmaq üçün cəld hərəkətə keçdiyini və razılaşmalara əsasən Ermənistana yaxın mənzilli müdafiə və hücum raketləri satıldığını qeyd etdi. O, “bundan sonra Ermənistan-Azərbaycan müharibəsi olacaqmı, yoxsa Rusiya tərəfindən Ermənistana qarşı hər hansı bir tədbir görüləcəkmi”- sualının yaranmasına da birmənalı yanaşmayıb. Onun fikrincə, bu silah alma hərəkətlərinin çevrilişin qarşısını almaq üçün olub-olmadığını zaman göstərəcək:

 

“Lakin Fransanın bölgədəki mövcudluğunu qorumaq üçün böhrana ehtiyacı var. Hazırda Azərbaycan Ermənistan və Fransanın bu böhrandan faydalanmaması üçün Ermənistan Türkiyə ilə birgə siyasət yürütməli, Türkiyə-Ermənistan-Azərbaycan üçlü sülhü bərqərar edilməlidir. Bu sülh gecikdiyi üçün regionda pay sahibi olan ölkələr özlərinə uyğun siyasətləri davam etdirmək istəyirlər. Bu siyasətlər nəticədə münaqişə mədəniyyəti üzərində qurulacaq. Bu münaqişələr həm Ermənistana, həm də Azərbaycana zərər verə bilər.”

 

“Fransa xəyali işğalçılıq siyasəti ittihamları səsləndirir”


Beynəlxalq münasibətlər üzrə siyasi ekspert Aytən Qurbanova bildirib ki, Fransanın Cənubi Qafqaz siyasətinin arxasında dayanan imperialist çıxışlar bugün regional təhlükəsizliyi hədə altında qoyan ən əsas təhdid olaraq dəyərləndirilə bilər.

 

Ekspert hesab edir ki, bir tərəfdən sülhdən danışıb, digər tərəfdən Ermənistanı hərbiləşdirməyə davam edən Fransanın bu addımları heç bir halda xoş niyyət ehtiva edə bilməz:

 

“Fransanın əsassız və qərəzli anti-Azərbaycan çıxışlarının əsas məqsədi Ermənistanın işğalçılıq siyasətindən diqqəti yayındıraraq Azərbaycanı hədəf göstərmək və beləliklə də, yeni təzyiq vasitələri yaratmaqdır. Amma aydın şəkildə müşahidə edirik ki, onun bu addımlarının hər biri Azərbaycanın ədalətə və beynəlxalq hüquqa istinad edən adekvat cavab tədbirləri ilə zərərsizləşdirilir. Hətta bugün ermənidən daha çox erməniliçilik iddiası ilə çıxış edən Fransa təxribat addımlarını davam etdirərək diplomatik platformalarda Azərbaycan əleyhinə mövqeyin formalaşdırılması məqsədilə hansısa xəyali işğalçılıq siyasəti ittihamları səsləndirir. Amma nə bu ittihamların, nə də Azərbaycanın Zəngəzura müharibə yolu daxil olacağı ilə bağlı iddiaların heç bir əsası yoxdur və olmayıb. Cənab Ali Baş Komandan bu məsələ ilə bağlı mövqeyimizi aydın şəkildə ifadə edərək bildirib ki, biz Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacağıq. Hərkəs çox gözəl bilir ki, dövlət başçımız belə bir mesaj veribsə, deməli bu mütləq olacaq”.

 

“Fransa Ermənistanı yenə də müharibəyə doğru sövq edir”

 

Siyasi ekspert, MHB sədri Fuad Əliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsi 2020-ci il 10 noyabr üçtərəfli Bəyannamədə qeyd olunub və son 3 il ərzində dəhlizin açılması üçün Azərbaycan tərəfindən bütün işlər görülüb.

 

Ekspert məhz Ermənistanın heç bir səbəb göstərmədən dəhlizin açılmasının, uzadıldığını deyib:


“Onsuz da gec-tez dəhliz açılacaq. Azərbaycan hakimiyyəti bu məsələdə çox çevik siyasət apararaq bu dəhlizə alternativ, İrandan keçən yolun açılması ilə bağlı İran hakimiyyətilə danışıqlara başlayıb. Və İrandan keçən alternativ yolun açılmasının ilkin razılaşmasını əldə edib”.

 

Bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda əsas oyunçuya çevrildiyini qeyd edən F.Əliyev məsələyə bu kontekstdən yanaşaraq, regionda maraqlı olan ölkələrin istər-istəməz Azərbaycanla hesablaşdığını, bu və digər məsələlərdə bizim mövqeyimizin nəzərə alındığını önə çəkib:

 

“Bizim güclü olmağımız regionun sabitliyinə gətirib çıxartdı. Amma bəzi ölkələr, xüsusilə də Fransa bundan çox narahatdır. Fransa Zəngəzur dəhlizinə qarşı olduğunu açıq mətnlə bəyan edir. Ermənistanın Gorus şəhərində ölkənin konsulluğunu açmaqla vəziyyəti daha da gərginləşdirmək istəyir. Fransanın birbaşa məqsədi bölgədəki vəziyyəti daha da gərginləşdirməkdir. Bu yaxınlarda hər iki ölkənin müdafiə nazirləri hərbi əməkdaşlığa dair müqavilə bağladılar. Açıqlamalarında qeyd etdilər ki, bu hava hücümundan müdafiə sistemləridir. Hesab edirəm ki, bu görüntüdür və bundan sonra, hücüm texnikaları veriləcək”.

 

Ekspert bu cür presedentin olmasına diqqət çəkib:

 

“Keçən ilin oktyabr ayında Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunmuşdu. Sonra bu misiyanın sayı 200-ə qalxdı. İndi isə bu monitorinq qrupu hərbi-mülki missiyadır. Bundan əlavə burda 100 yaxın fransız jandarmalar da yerləşdirilib. Fransa hökumətinin Qarabağın erməni əhalisinə münasibətdə “etnik təmizləmə” ifadəsini işləməsini də şahidi olmuşduq. Bütün bunlar onu göstərir ki, Fransa reallıqla barışmayıb. Ermənistanı yenə də müharibəyə doğru sövq edir. Fransa hələ də başa düşmür ki, regionda Azərbaycandan başqa, Türkiyə və Rusiya kimi güclü oyunçular var. Bu üçlük siyahıya İranı da daxil etsək, görəcəyik ki, Fransa Qafqaz regionuna heç yaxın da dura bilməz, onsuz da ləkələmiş nüfuzunu daha da batırar”.

 

F.Əliyev vurğulayıb ki, “Azərbaycan Zəngəzur uğrunda müharibə etmək istəyir” demək absurddur:


“Prezident İlham Əliyev demişkən: “Zəngəzura tanklarla yox, minik maşınları ilə qayıdacağıq”. Və belə də olacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...