Bakı sakini dələduzluğun qurbanı olub

09:53 02-11-2023 | icon 356 | Sosial
Bakı sakini dələduzluğun qurbanı olub

“Poçt bağlaması” adı ilə pulunu ələ keçirdilər

 

“Bağlamanız anbara daxil olub, lakin ünvan məlumatı natamam olduğu üçün çatdırıla bilmədi. Lütfən, linkdə ünvanınızı təsdiqləyin”.

 

Son günlərdə bəzi şəxslərə “Azərpoçt”un adından bu cür mesajlar göndərilir. Sonra isə həmin keçidə daxil olan şəxslərin kart hesabları istənilir və dələduzluq əməli törədilir.

 

Paytaxt sakini Fuad Soltanlı da belə dələduzluğun qurbanlarından biridir.

 

Onun sözlərinə görə, sifariş verdiyi məhsulun gəldiyini zənn edərək göndərilən mesaja reaksiya verib.

 

Bundan sonra bank kartındakı pullar qəfildən yoxa çıxıb.

 

Məsələ ilə bağlı “Azərpoçt” MMC-nin şöbə müdiri Afaq İbrahimova bildirilib ki, bu cür hadisələrlə bağlı təkcə şənbə və bazar günlərində quruma 100-dən artıq müraciət daxil olub.

 

“Azərpoçt” rəsmisi tövsiyə edib ki, vətəndaşlar hər hansı bir şübhəli mesajla qarşılaşdıqları halda, “169” çağrı mərkəzi və ya sosial şəbəkə hesabları vasitəsilə quruma müraciət etsinlər.

 

Ətraflı xezerTV-nin süjetində:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...