Balakəndə reyd: Bu sürücülər SAXLANILDILAR

10:05 02-11-2023 | icon 352 | Hadisə
Balakəndə reyd: Bu sürücülər SAXLANILDILAR

Balakəndə sərxoş vəziyyətdə və narkotikin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən edilib.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində profilaktiki tədbir keçirilib.

 

Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobili narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən intizamsız sürücülər də aşkar olunub. Cari il ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında avtomobil idarə edən ümumilikdə 80 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

 

Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də inzibati protokollar tərtib edilib.

 

Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM