TƏKLİF: “Zəngəzur tuneli” yaransın

13:05 02-11-2023 | icon 443 | Cəmiyyət
TƏKLİF: “Zəngəzur tuneli” yaransın

Ağasəf İmran: "Tunel bu gün işə düşərsə, bir neçə ildən sonra münasibətlər yaxşılaşa bilər"

 

“Ermənilərin Azərbaycana, azərbaycanlıların Ermənistana qayıdışı parallel şəkildə təşkil olunsun. Bu dövlət səviyyəsində, sülh müqaviləsi imzalanandan sonra, əhali mübadiləsi adı ilə həyata keçirilsin”.

 

Versus.Az xəbər verir ki, bunu iqtisadçi alim Ağasəf İmran ermənilərin Qarabağa qaytarılması ilə bağlı Avropada, beynəlxalq təşkilatlarda yaradılan “səs-küy” lə bağlı açıqlamasında bildirib.

 

A.İmran qeyd edib ki, əhalinin ümumi köç sayı nəzərə alınmalıdır. Onun fikrincə, Ermənistandan köçən azərbaycanlıların sayı 300 min, ermənilərin sayı dedikləri kimi 100 mindirsə əhali mübadiləsi də 3-ün 1-ə nisbətində olmalıdır:

 

“Bu, "kimin kefi istəyir gedir, kimin kefi istəyir qayıdır" şəklində olmamalıdır. Hər iki tərəf müstəqil dövlətdə yaşadığı üçün bu məsələyə də dövlət qanunları səviyyəsində yanaşılmalıdır”.

 

A.İmran hesab edir ki, bu qayıdşın təşkil olunması sülhlə bağlı mühüm reallıqları da həll edə bilər. Onun fikrincə “Əhali mübadiləsi” təcrübəsi var və bu, Türkiyə ilə Yunanısatan müharibəsindən sonra həyata keçirilib. Bu beynəlxalq praktikada var. Məsələ dövlət səviyyəsində həll olunmalıdır, yoxsa hansısa qaçmış erməninin istəyi ilə yox.

 

A.İmran eyni zamanda bu gün Zəngəzur dəhlizi ilə bağlı ziddiyyətli məqamları aradan qaldırmaq məqsədi ilə “Tunel Prinsipi” nin tətbiq edilməsini təklif edib:

 

“Zəngəzur “yerüstü tunel” formasında olsun. Nə dəhliz, nə yol olmasın. Qatar tunelə daxil olandan çıxana qədər kimsə ona nəzarət edə bilmədiyi kimi, “Zəngəzur Tuneli”nə də heç bir dövlətin nəzarəti olmasın. Hər iki tərəfdən müxtəlif üsullarla bəndlər çəkilsin və girişdən çıxışa qədər nə düşən, nə çıxan, nə də bir nəzarət edən olmasın. Tunel nəzarətsiz zona kimi istifadə olunsun. Bu yol hamıya sərfəlidir. Bütün dövlətlərin maraqları burda ödəniləcək”.

 

A.İmran bununla da Azərbaycanın Naxçıvana və digər ərazilərə sərbəst çıxışı, gəlişinin təmin olunmasına diqqət çəkib. O, dövlətlərin maraqları toqquşduğu üçün Zəngəzur yolunun alınmadığını qeyd edərək, hələlik bu versiyanın müzakirə olunmasını mümükün sayıb. Onun fikrincə, “Zəngəzur tuneli” hər yerdə olan “açıq iatisadi zonalar” kimi funksiya daşıya bilər.

 

Ekspert hesab edir ki, əgər “Zəngəzur tuneli” bu gün işə düşərsə, bir neçə ildən sonra münasibətlər yaxşılaşa və perspektivdə məsələyə yenidən baxılıla bilər.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq