Aygün Kazımovanın konserti anşlaqla keçib
Xalq artisti Aygün Kazımovanın Almaniyanın Bergkamen şəhərində konserti olub.
Versus.Az xəbər verir ki, tədbir Zəfər gününə həsr edilib. Avropanın dörd bir yerində yaşayan azərbaycanlılar ölkənin əsas ulduzunu dinləmək üçün Bergkamenə gəliblər.
Aparıcılığını Afaq Gəncəlinin etdiyi konsertdə anşlaq yaşanıb. Qonaqlar səhnənin qarşısına toplaşaraq mahnıları Pop diva ilə birlikdə oxuyublar.
Kazımova gecədə “Azərbaycan”, "Ya i tı", "Qorxuram", "Parol", "Vəfasızlar" kimi hit mahnılarını səsləndirib.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ
"Erkən diaqnoz vaxtında müalicəni və qulluğu, eləcə də..."