İnsanların keçmişinə görə 80 quşun adı dəyişdirilir

13:15 06-11-2023 | icon 431 | Maraqlı
İnsanların keçmişinə görə 80 quşun adı dəyişdirilir

ABŞ Ornitologiya Cəmiyyəti (AOS) quşlara insanlarla əlaqəli ad verməyi dayandıracağını açıqlayıb.

 

Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

 

Bildirilir ki, gələn il AOS ABŞ və Kanadada tapılan təxminən 80 quş növünün adını dəyişməyə başlayacaq.

 

AOS qeyd edib ki, onlar hər bir işə ayrı-ayrılıqda baxmayacaqlar, ümumi prinsip əsasında hərəkət edəcəklər.

 

Yeni adlar alacaq quşlar sırasına 19-cu əsrin təbiətşünası Aleksandr Uilsonun adını daşıyan Uilson qamışquşu (“Wilson's warbler”) və Uilson cüllütü (“Wilsons Snipe”) daxildir. Görkəmli ABŞ təbiət tədqiqatçısı və rəssamı Con Ceyms Odyubonun adını daşıyan Odyubon fırtınaquşunun (“Audubons shearwater”) da adı dəyişdiriləcək.

 

“Adda güc var və bəzi ingilis quş adları bu gün də zərər verən keçmişlə əlaqələndirilir. Quşları sevən və onlara qayğı göstərən hər kəs onlardan həzz almaq və öyrənməkdə azad olmalıdır”, - deyə AOS prezidenti Kollin Handel bildirib.

 

Quşların adının dəyişdirilməsi və insanlarla əlaqəli adların verilməsindən imtina edilməsi müəyyən quş növlərini kəşf etmiş bəzi tədqiqatçıların tərcümeyi-halından gələn faktlarla bağlıdır. Məsələn, 18-19-cu əsrlərdə yaşamış Con Ceyms Odyubonun şəxsiyyəti ilə bağlı iddialar onun ailəsinin keçmişdə kölə sahibi olması ilə əsaslandırılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq