Qədim Roma sikkələri ilə dolu xəzinə tapıldı

09:00 06-11-2023 | icon 353 | Maraqlı
Qədim Roma sikkələri ilə dolu xəzinə tapıldı

İtaliyanın Sardiniya adasının şimal-şərq sahillərində dənizdə qədim Roma sikkələri ilə dolu nəhəng xəzinə tapılıb ki, bu da rekord sayıla bilər.

 

Bu barədə İtaliyanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

İlkin hesablamalara görə, arxeoloqlar eramızın 4-cü əsrinin əvvəllərinə aid 30-50 min sikkə aşkar ediblər. Qeyd edilir ki, bu, 2013-cü ildə Böyük Britaniyada tapılan xəzinədən xeyli böyükdür. O zaman mütəxəssislər Roma İmperiyasının “follis” adlanan eyni tunc sikkələrindən 20 mindən çox tapıblar.

 

“Bütün sikkələr çox yaxşı qorunub saxlanmışdır ki, buna da müstəsna və nadir hallarda rast gəlinir. Yalnız dörd sikkə zədələnib, lakin buna baxmayaraq, üzərlərindəki yazıları oxumaq mümkündür”, - deyə idarədə bildiriblər.

 

İtaliyanın Mədəniyyət Nazirliyi vurğulayıb ki, tapılan sikkələrin və materialların restavrasiyası və qorunmasına dair əməliyyat tapıntıların konteksti haqqında bilikləri genişləndirməyə və dərinləşdirməyə imkan verəcək ki, onlardan hələ də çoxlu məlumat əldə etmək olar.

 

O da məlum olub ki, tapıntı yerində arxeoloqlar puldan əlavə Afrika və Şərq istehsalı olan amforaların qalıqlarını da aşkar ediblər. Tapıntı haqqında arxeoloqlara sahilə yaxın dərin olmayan yerlərdə suya dalarkən metal əşyaları görən bir şəxs məlumat verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq