Bərdədəki Laçın məktəbi BAĞLANDI

09:53 06-11-2023 | icon 402 | Təhsil
Bərdədəki Laçın məktəbi BAĞLANDI

Təhsil müəssisəsində dörd şagird qalıb

 

Bərdə rayonunun Qaradəmirçi kəndində fəaliyyət göstərən Laçın rayonu, Aşağı Fərəcan kənd orta məktəbinin bağlandığı bildirilir. Bu iddia ilə məktəbin işçiləri çıxış edib.

 

Yasəmən Ələkbərova deyib ki, məktəbdə o və ailə üzvləri çalışıblar.

 

Ənənəvi olaraq sentyabr ayında işə başlamaq üçün gəlsələr də, direktor bu il məktəbin fəaliyyət göstərməyəcəyini bildirib.

 

1995-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi üçün 20 il öncə qeyri-hökumət təşkilatı tərəfindən bir neçə sinif otağı tikilib.

 

Məktəbin müəllim və texniki işçiləri verilən qərarla razılaşmaq istəmirlər.

 

Məktəb direktoru Etibar Nəbiyev isə bildirib ki, təhsil ocağı uzun illərdir köçkün həyatı yaşayır. İki il əvvəl Qaradəmirçi  kəndinin ərazisində müasir standartlara uyğun yeni məktəb binası tikildiyindən şagirdlər həmin məktəbə yönəldiliblər. Məktəbdə təhsil almaq üçün cəmi 4 uşaq qalıb.

 

Mövzu ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən isə bildirilib ki, ki, sözügedən məktəb bağlanmayıb, fəaliyyətini davam etdirir. Məktəbin bağlanması ilə bağlı rəsmi qərar yoxdur. Gələcəkdə şagird sayının kəskin azalması ilə bağlı olaraq Aşağı Fərəcan kənd tam orta məktəbinin fəaliyyəti dayandırılarsa, məktəbin pedaqoji və texniki heyətinin digər ümumtəhsil müəssisələrində ixtisasları üzrə işlə təmin olunması məsələsinə baxılacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq