Azərbaycanlı qızımızın möhtəşəm qələbəsi

12:41 06-11-2023 | icon 803 | Cəmiyyət
Azərbaycanlı qızımızın möhtəşəm qələbəsi

Çində keçirilən irimiqyaslı yarışlardan biri olan “Çin körpüsü”ndə azərbaycanlı qızımızın möhtəşəm qələbəsi olub.

 

Versus.az xəbər verir ki, bu günlərdə Çində hər il keçirilən “Chinese bridge” (“Çin körpüsü”) adlı tələbələrin beynəlxalq olimpiadası keçirilib və Azərbaycandan olan nümayəndənin parlaq qələbəsi ilə başa çatıb.

 

Olimpiada iştirakçıları Çin dili, eləcə də Çinin coğrafiyası, tarixi və mədəniyyəti bilikləri üzrə yarışıblar.


14 yaşlı Sofiya Qarayeva Pekin operasının ifasına görə “Çin xalq sənəti” nominasiyasında birinci yeri tutub. O, Azərbaycan Dillər Universitetinin nəzdindəki Konfutsi İnstitutunun tələbəsi kimi bir neçə ildir ki Çin dilini öyrənir.

 

“Chinese bridge” Olimpiadasının qaydalarına əsasən, orada iştirak etmək üçün ölkənizdə keçirilən seçmə mərhələnin qalibi olmaq lazımdır. Olimpiadada iştirak etmək üçün 115 ölkədən Çinə gələn 125 uşağın hər biri bu seçmə mərhələdən qalib çıxıb.

 

Müsabiqə çox dolğun və rəngarəng olduğundan hər kəsə çoxlu yeni təcrübə və təəssüratlar bəxş edib. Sofiya elə ilk nitq müsabiqəsində fərqlənərək 125 iştirakçı arasında dördüncü yeri tutmuşdur. Sonra bu olimpiadada mühüm rol oynayan tamaşaların və musiqi nömrələrinin müsabiqəsi başlayıb. Bütün namizədlərın güclü olmasına baxmayaraq, birinci yeri həmyerlimiz əldə edib.

 

Bu olimpiadanın Çində böyükmiqyaslı tədbir olduğu üçün bütün ölkədə geniş işıqlandırılmış, canlı yayımlar keçirilmiş, hər yerdə “Chinese bridge”-n və iştirakçı ölkələrin bayraqları asılmışdır. 125 iştirakçı arasında Pekin operasını ifa edə bilən yeganə Sofiya Qarayeva olduğu üçün olimpiadanın bağlanış mərasimində solo partiya ona həvalə olunmuşdur.

 

Müsabiqənin sonunda Sofiya yerli telekanallardan birinə müsahibə verəndə hamı onun çin dilində danışma sürətini qeyd ediblər ki, bu da ana dili olmayanlar üçün xarakterik deyil.

 

Bundan əlavə müsabiqə nəticəsində Sofiya və Tailanddan olan iştirakçı Çin universitetlərinin birində ən yüksək təqaüdü almaq şərəfinə layiq görülüblər. Onlar Pekində və Şanxayda təhsil alacaqlar və onlara ayrılan təqaüd bilet, yaşayış və aylıq ödənişlərlə bağlı bütün xərcləri qarşılayacaq.

 

Çin Xalq Respublikasının təhsil nazirinin müavini təbrik nitqində şəxsən Sofiyaya ifasına, Çin mədəniyyətinə olan sevgisinə görə təşəkkür etmiş, ona babasının işini davam etdirməyi arzulayıb.

 

“Onun babası Çində Azərbaycanın səfiri vəzifəsində çalışanda nəvəsini Çinlə bağlı hər şeylə tanış edib. Elə bunun sayəsində Sofiya bu qədim şərq ölkəsinə heyran olmuşdur. Onun “Chinese bridge” Olimpiadasında iştirakı özünün Çinə səfər etmək imkanını yaratdı. Ümid edirəm ki, bir gün o, babasının işini davam etdirəcək və Azərbaycanın Çindəki səfiri olacaq. Sofiyaya arzularına çatmaqda uğurlar arzulayıram!” – deyə nazir müavini bildirib.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq