Bakıda yürüş olacaq

10:31 07-11-2023 | icon 331 | Cəmiyyət
Bakıda yürüş olacaq

Zəfər Günü münasibətilə səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə MN-in şəxsi heyətinin yürüşü nəzərdə tutulur. Bununla bağlı paytaxtda bəzi küçə və prospektləri müvəqqəti bağlı olacaq.

 

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli məlumat verib. O bildirib ki, tədbirlər bir neçə marşrutlar üzrə nəzərdə tutulub:

 

“Birinci marşrut Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzi, ikinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metro stansiyası, Qala Qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gurun heykəli, üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər xiyabanı, dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq”.

 

A.Əsgərli vurğulayıb ki, sözügedən küçə və prospektlərdə hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü müddətində yollar bağlı olacaq:

 

“Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Zəfər Günü münasibətilə hər bir hərəkət iştirakçısını, vətəndaşlarımızı təbrik edir, onlardan qeyd olunan istiqamətlər üzrə qalib ordumuzun orkestrlə nümunəvi yürüşünə dəstək olmalarını, yəni tədbirin yüksək səviyyədə təhlükəsiz şəraitdə keçirilməsi üçün həmin istiqamətlərdə avtomobillə yola çıxmamalarını xahiş edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122