“Böyük Zəfərimiz” MUZEYDƏ

15:12 07-11-2023 | icon 374 | Cəmiyyət
“Böyük Zəfərimiz” MUZEYDƏ

 

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Yeni Azərbaycan Partiyasının “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının təşəbbüsü ilə 8 noyabr - Zəfər Günü münasibətilə “Böyük Zəfərimiz” adlı tədbir keçirilib.


Versus.Az xəbər verir ki, “Azərbaycan” himni səsləndirildikdən və şəhidlərin xatirəsi yad edildikdən sonra tədbiri açıq elan edən YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının sədri, t.ü.f.d., dosent Bəhmən Kərimov qeyd edilən günün milli və ictimai əhəmiyyətindən bəhs edib.


Muzey əməkdaşları - Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Fondunun mütəxəssisi, YAP “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya təşkilatının  sədr müavini Pərvanə Əzimova, Vətən Müharibəsi Fondunun mütəxəssisi Gülnar Fərhadova, Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova, muzeyin doktorantı Sənurə Dostiyevanın məruzələrində Qarabağ ərazisində aşkarlanan müxtəlif maddi-mədəniyyət nümunələri, müxtəlif tarixi mərhələlərdəki ictimai proseslər, Zəfər gününün
tariximizdəki əbədi mövqeyi haqqında ətraflı məlumatlar təqdim edildi.


Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları – Cəbrayıl rayonunun şəhid ailələri, müharibə əlilləri və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin sədri, leytenant Səməd Atakişiyev, gizir Seyfulla Niftəliyev, Ramiz Yusubov, Mühiddin Mirzalıyev, Şamxal Qocayev Zəfər gününün fəxarət bayramı olduğunu vurğulayaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olan, qəhrəmanlığı ilə silinməz iz qoyan Azərbaycan hərbçiləri barədə xatirələrini danışdılar.

Tədbir müxtəlif elektron təqdimatlar və videoçarxlarla davam edib.

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR