Banklara ikiqat zərər

15:35 07-11-2023 | icon 603 | İqtisadiyyat
Banklara ikiqat zərər

“Güzəşt ciddi effekt verməyəcək”

 

Əhali əmanətləri üzrə gəlirlərin vergiyə cəlb edilməsinin heç bir mənfi təsirinin olmayacağını müəyyən dairələr bildirəndə, birmənalı olaraq bununla razılaşmadıq. Bunun əmanət həcmlərinə mənfi təsir edəcəyini və güzəştlərin qüvvədə saxlanılmasının vacib olduğunu bildirdik.

 

Olke.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

 

O bildirib ki, bu gün - 10 ay sonra deyilənlər qismən isbatını tapıb:

 

“Yenidən bu güzəştlərin qismən qaytarılacağı bildirildi. Belə ki, vətəndaşların banklarda milli valyutada 18 ay və daha çox müddətə yerləşdirilən depozitləri üzrə gəlirləri vergidən azad olunacaq”.

 

Ekspert deyir ki, güzəştin heç olmamasındansa, qismən olması daha yaxşıdır:

 

“Lakin düşünürəm ki, qismən güzəşt ciddi effekt verməyəcək. Çünki üç əsas risk amili buna mane olacaq.  Bunlardan birincisi, dünyanın öz iqtisadi turbulent dövrünü yaşaması, ikincisi, ölkəmizdəki inflyasiyanın depozit faizlərini diri-diri udması, üçüncüsü isə, bir-birinin ardınca bir neçə bankın bağlanmasıdır. Bu üç risk amili vətəndaşların öz əmanətlərini milli valyutada 7-11 faizlə banklara uzun müddətə yatırmasına mane olan ciddi risk faktorlarıdır. Buna görə də əmanət faizlərinin 2016-ci ildə qəbul edildiyi formada vergidən azad edilməsinə ehtiyac var”.

 

E.Əmirov qeyd edib ki, onsuz da proseslərin gedişi onu göstərir ki, gec-tez bu güzəştlər olacaq:

 

"Ya növbəti ilin ortalarında, ya da sonlarında tam güzəştin edilməsi qaçılmazdır. Çünki bu növ vergi, rəqəmlər üzərində vergi daxilolmaları baxımından “X” manatlıq faydalı hesab edilsə də, rəqəmlərdə göstərilməsi mümkün olmayan formada bank sektoruna və ümumi ölkə iqtisadiyyatına “2X” manatlıq zərər verir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM