8 Noyabr - Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların YÜRÜŞÜ

10:35 08-11-2023 | icon 326 | Cəmiyyət
8 Noyabr - Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların YÜRÜŞÜ

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi qulluqçularının Heydər Əliyev Sarayı və Şəhidlər xiyabanı istiqamətlərindən yürüşü başlayıb.

 

Saat 10:00-da başlayan yürüş 12:00-a qədər davam edəcək.

 

 

Zəfər Günü ilə əlaqədar hərbi qulluqçuların yürüşü paytaxtla yanaşı, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə də davam edəcək.

 

Yürüş boyu hərbi qulluqçuları hərbi orkestrlər müşayiət edəcəklər.

 

 

Qeyd edək ki, hərbi qulluqçuların yürüşü paytaxtda dörd marşrut xətti üzrə həyata keçirilir:

 

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - “AMAY” Ticarət Mərkəzi;

- Şəhidlər xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər xiyabanı;

- “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ.Nəsimi heykəli -  Neftçilər prospekti istiqamətində baş tutacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR