Murad Arifdən Rəhimlə bağlı təqdirə layiq addım
Müğənni-bəstəkar Murad Arif mərhum həmkarı Rəhim Rəhimlinin arxivinə sahib çıxıb.
Versus.az xəbər verir ki, o bu haqda sosial şəbəkədə məlumat yayıb:
“Rəhim Rəhimlinin bütün audio və video arxivini şirkətimizə yönəltdim. Artıq onun musiqisi hər yerdə olacaq. Sağlığında israrla Mikpro-ya gətirmək istədiyim bir ifaçı idi Rəhim. O vaxtlar dil tökdüm, amma alınmadı. "Muradik, köhnə mahnılarım kimə lazımdır? Muradik, o arxiv evdədir. Köhnə kasetləri kimdir araşdıran? Muradik, neynirəm yutub kanalını?"
Öldükdən sonra qardaşıyla bunu edə bildim. Bunu niyə deyirəm? Çünki kənardan o qədər can yandıranlar var ki. Amma heç kəs əməli surətdə bunu göstərmir. Mikpro özü desin. Bütün arxivin yayılmasında nə qədər səy göstərdim. Sağ olsaydı, indi yenə deyərdi, "Muradik, yenə də sən..."
Ruhun şad olsun, dostum.
Rəhimsevənlərə də gözəl, musiqili anlar diləyi ilə”.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...