Ermənistan-Azərbaycan sülh danışıqları müzakirə ediləcək
Bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü keçiriləcək.
Görüşdə diplomatlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında münaqişəni müzakirə edəcəklər.
Digər əsas mövzu Ukraynadakı münaqişə və bununla bağlı bütün məsələlər, o cümlədən bu ölkəyə maliyyə və hərbi yardım və təhlükəsizlik təminatları olacaq.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"