Məktəbdən ŞİKAYƏT

14:03 13-11-2023 | icon 508 | Təhsil
Məktəbdən ŞİKAYƏT

“Müəllim hazırlığa gəlməyən şagirdlərə təzyiq edir”

 

Paytaxt sakini Zümrüd İbrahimova məktəbdə şagirdlərə qarşı ayrı-seçkilik qoyulduğundan narazıdır.

 

 

O bu barədə Bakupost.az-a şikayətində bildirib.

 

Z.İbrahimovanın sözlərinə görə, övladı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə təhsil alır:

 

“Uşaq rus bölməsində oxuyur. İnformatika fənnindən ona Ləman Cəbiyeva dərs deyir. Müəllim yanına pullu hazırlığa gəlməyən şagirdlərə aşağı qiymətlər yazır, onlara münasibətdə obyektiv davranmır”.

 

41 yaşlı valideyn qeyd edib ki, Ləman Cəbiyeva onun yanında hazırlaşmayan uşaqlara müxtəlif üsullarla təzyiq göstərir:

 

“O, müəllim adına yaraşmayan hərəkətlər edir. Bu qanunsuz hərəkətləri etmək cəsarətini isə məktəbin direktoru Elida Rzayevadan alır. Ləman Cəbiyeva direktorun qanunsuzluqları hesabına 35 dərs saatı ilə təmin olunub. Halbuki, o, 9 dərs saatına uyğun MİQ imtahanı üzrə qəbul olunub. Ləman Cəbiyeva abituriyentləri məktəbin daxilində bir sinifdə hazırlaşdırır. Rus dilini bilmir. İnformatika, Rəqəmsal Bacarıqlar, STEAM dərslərini Azərbaycan dilində və qeyri-peşəkar formada keçir”.

 

Şikayətçi bildirib ki, L.Cəbiyevanın qanunsuz hərəkətlərinə görə qızı və digər sinif yoldaşında psixoloji sarsıntı və səhhətlərində müxtəlif problemlər yaranıb:

 

“Çox təəssüf ki, bu hadisələr Bakının mərkəzində yerləşən məktəblərin birində baş verir. Aidiyyəti qurumlara müraciət etmək istəyirəm. Valideyn olaraq onlardan xahişim budur ki, qızımın anonimliyini qorumaq şərti ilə Ləman Cəbiyeva və direktor Elida Rzayevanın qanunsuz hərəkətləri barəsində qanunamüvafiq tədbirlər görsünlər”.

 

Məsələ ilə bağlı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Oksana Əliyeva - “Direktora müraciət edin. Bu barədə səlahiyyətli şəxs deyiləm”, - deyə qısa cavab verib.

 

 

Məktəbdən isə qeyd edilib ki, direktor hazırda yerində yoxdur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 fevraldan sonra nələr baş verəcək?

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq