Deputat ETİRAZ ETDİ

14:18 13-11-2023 | icon 350 | Siyasət
Deputat ETİRAZ ETDİ

“Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz”

 

“Peşə ixtisaslarını təşviq etməliyik”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Elşən Musayev deyib.

 

Deputat bildirib ki, ölkədə bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz:

 

“Biz ölkədə işsizlikdən danışırıq. Amma əsas problem vakant yerlərə ixtisasların uyğun gəlməməsidir”.

 

Deputat qeyd edib ki, xaricdə təhsil proqramı çox effektiv layihədir:

 

“Bu gün rəhbər vəzifədə oturan nazirlərimizin də çoxu bu proqramla oxuyublar. Bu çərçivə nə qədər genişlənsə, yaxşıdır”.

 

Deputat Natiq Qasımovun adının əbədiləşdirilməsini təklif edib:

 

“Azərbaycan cəmiyyətində son vaxtlar qəhrəman simvolu Natiq Qasımovun adı məşhurlaşıb. Onun haqqında film də çəkilib. Çox arzulayardım ki, onun adı əbədiləşdirilsin. Hesab edirəm ki, bu addım atılsa, bu gün dövlətimizin yürütdüyü milli siyasətə böyük töhfə vermiş olarıq. O, düşmənin qarşısında sınmayıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”