Sahibə Qafarovadan deputata CAVAB

17:13 14-11-2023 | icon 354 | Siyasət
Sahibə Qafarovadan deputata CAVAB

“Düşünürdüm ki, daha dəyərli sözlər deyəcəksiniz”

 

“Reklam haqqında” qanunun icrasından narazılığım var. Misal olaraq, televiziyada deyirlər ki, uşaq bezlərinə təşəkkür edirəm. Bu nə deməkdir?”

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

Onun sözlərinə görə, mağazalarda siqaretlər insanın üstünə gəlir:

 

“Müvafiq qanunvericiliyə dəyişikliklər etsək də, heç bir fayda əldə etmirik. Ona görə də belə hallar qeydə alınır, zərərli məsələlər ortaya çıxır”.

 

Deputat həmçinin vurğulayıb ki, Şamaxıya, Qəbələyə ancaq yeyib-içmək üçün gedilməməlidir:

 

“Bu yerlərin hamısı tarixi məkanlardır. Odur ki, tariximizi bilməli və bərpa etməliyik. Bundan başqa, səsləndirdiyimiz bir çox məsələlər həllini tapmır. Həmişə mənə deyirlər ki, çıxış edirsən, amma çıxışının nə xeyri var?! Ağsu ilə bağlı 10 dəfədən çox şikayət xarakterli çıxış etsəm də, hələ də həll yolu tapılmır. Hər dəfə gələn il həll olunacağı deyilir. Buradan səslənirəm ki, gələn il dediyiniz il hansıdır?!”

 

Sədr Sahibə Qafarova isə deputatın çıxışına cavab olaraq bildirib:

 

“Düşünürdüm ki, siyasi partiyanın rəhbəri kimi dövlət büdcəsi ilə bağlı daha dəyərli sözlər deyəcəksiniz”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...