“İmişli”dən Liberiya millisinə çağırılan futbolçu

10:00 15-11-2023 | icon 477 | İdman
“İmişli”dən Liberiya millisinə çağırılan futbolçu

“Futbol üçün əla şərait varsa, niyə “İmişli”də oynamayım?”

 

Bunu “İmişli”nin üzvü Tonia Tisdell Football-plus.az-a müsahibəsində deyib.

 

Onunla müsahibəni təqdim edirik:



- 1-ci liqanın 8-ci turunda səfərdə “Karvan”la heç-heçə (1:1) etdiniz. Görüş haqda nə deyə bilərsən?

- Maraqlı görüş oldu. Yaxşı mübarizə apardıq. “Karvan” çempionatın əla komandalarındandır. Yaxşı futbolçuları, məşqçiləri, oyun tərzləri və ən əsası da azarkeşləri var. Onlarla mübarizədə bir xal qazandıq. Növbəti görüşlərdə qələbə qazanmağa çalışacağıq.

- Oyunu sona kimi davam etdirə bilmədin. Zədən haqda nə söyləyə bilərsən?

- Hazırda özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır. Oyun zamanı ayağımdan zərbə aldım. Ağrı davam etməyimə imkan vermədi. Düzdür, oynamaq istəyirdim. Lakin ağrı dəhşətli idi. Bu səbəbdən də oynaya bilmədim. İndi hər şey qaydasındadır. Narahatlığa əsas yoxdur.

- “İmişli” çempionatın favoritlərindən hesab olunur. Yekunda qalib olmaq potensialındasınız?

- Əlbəttə! Komandada yaxşı futbolçular var. Baş məşqçimiz ölkənin ən yaxşılarından biridir. Klub rəhbərliyi hər cür şərait qurub. Sadəcə, oynayaraq qələbələr qazanmalıyıq. Əsas hədəfimiz Premyer Liqaya vəsiqə qazanmaqdır.

- İmişlidə yaşamaq sənin üçün çətin deyil?

- Mən bura futbol oynamağa gəlmişəm. Mənə şəhərdəki vəziyyət o qədər də maraqlı deyil. Əslində hər şey qaydasındadır. Yaxşı bazamız var. Stadionumuz normal vəziyyətdədir. Hər şey yaxşıdır. Futbol üçün əla şərait varsa, niyə də İmişlidə oynamayım?

- Fikir vermişəm, azarkeşlər səni çox sevirlər. Bu, nə ilə bağlıdır?

- Səbəbini bilmirəm. Mən də buradakı azarkeşləri sevirəm. Düşünürəm ki, oyunlar zamanı meydanda əlimdən gələni edirəm. Komandamın qələbə qazanmasını istəyirəm. Təcrübəmdən istifadə edərək yaxşı oyun sərgiləməyə çalışıram. Ola bilər ki, bunlar azarkeşlərin sevgisini qazanmağına səbəb olub.

- Liberiya millisinə dəvət olunmusan. Yığmanın baş məşqçisi sənin oyunlarını izləyir?

- Uzun müddətdir ki, Liberiya millisində çıxış edirəm. Hər oyundan sonra yığmanın baş məşqçisi mənimlə əlaqə qururdu. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanda 1-ci liqanın səviyyəsinin yüksək olduğunu millinin oyunlarında göstərə bilim.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR