Rusiyada mobil rabitə fəaliyyətini DAYANDIRDI


Rusiyanın Kamçatka diyarında bu gün yerli vaxtla saat 19:00-da (Moskva vaxtı ilə 10:00) mobil rabitə fəaliyyətini dayandırıb.
Versus.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Bütün yaşayış məntəqələrində və bütün mobil operatorlar üzrə əlaqə olmayıb. Yerli hökumətdən verilən məlumata görə, irimiqyaslı nasazlığın səbəbi Ust-Bolşeretskdə sualtı fiber-optik kabelin qırılması olub.
Problemin həlli istiqamətində işlər görülür.
Xəbər lenti

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"