Zabuxa növbəti köç karvanı yola salındı

09:02 20-11-2023 | icon 368 | Qarabağ
Zabuxa növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

 

Versus.Az xəbər verir ki, noyabrın 20-də Abşeron rayonunda, Bakı və  Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə - 91 nəfər köçürülüb.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Xatırladaq ki, indiyədək Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK