Müəllimlərə elektron formada sertifikat veriləcək

15:24 22-11-2023 | icon 487 | Təhsil
Müəllimlərə elektron formada sertifikat veriləcək

Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron formada sertifikat veriləcək.

 

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

 

Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanacaq.

 

Sertifikatda aşağıdakı məlumatlar əks olunacaq:

 

1. Sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);

2. Təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;

3. Sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);

4. Təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;

5. Təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;

6. Təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;

7. Təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;

8. Təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;

9. Sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.

 

Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq