Xərçənglə mübarizədə YENİLİK

09:57 24-11-2023 | icon 397 | Sağlamlıq
Xərçənglə mübarizədə YENİLİK

Ağrıkəsicinin xəstəlik əleyhinə xüsusiyyətlərə malik olduğu aşkar edildi

 

Tibbi prosedurlar zamanı tez-tez yerli ağrıkəsici kimi istifadə edilən “lidokain” preparatı xərçəng hüceyrələrinin öz-özünə məhv olmasına səbəb ola bilər.

 

Tədqiqat “Cell Reports” jurnalında dərc olunub.

 

2023-cü ilin aprelində aparılan böyük bir araşdırma xəstələrə əməliyyatdan əvvəl “lidokain” yeridildiyi təqdirdə döş vəzisinin xərçəngi zamanı sağ qalma ehtimalını artdığını göstərib, lakin bu effektin mexanizmləri məlum deyil. Yeni tədqiqatda alimlər müəyyən ediblər ki, bu dərman müxtəlif xərçəng hüceyrələrində bol miqdarda olan acı dad reseptoru T2R14 reseptorunu aktivləşdirir. T2R14 reseptorunun aktivləşməsi apoptoz - xərçəng hüceyrələrinin özünü məhv etməsi prosesini işə salır.

 

T2R14 orqanizmə ağızda acı dadı hiss etməyə kömək etsə də, bu reseptorun bədənin digər hüceyrələrindəki funksiyası aydın deyil. Həmçinin T2R14 reseptornu aktivləşdirən bir çox dərman vasitələri də var. İndi onlar xərçəngin müalicəsində tətbiq edilə bilirlər.

 

“Lidokain”in xərçəngi müalicə edə biləcəyini deməsək də, onun baş və boyun xərçənginin müalicəsində üstünlük verə biləcəyi ehtimalı bizi ruhlandırır”, - deyə alimlər bildiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq