Əsrarəngiz mənzərəsi olan Zabux kəndi

07:51 27-11-2023 | icon 483 | Qarabağ
Əsrarəngiz mənzərəsi olan Zabux kəndi

Kənd gecələr al-əlvan işıqları ilə diqqət çəkir

 

Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb.

 

AZƏRTAC xəbər verir ki, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib.

 

İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.

 

Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.

 

Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzlər mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.

 

Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.

 

Zabuxun lentə alınan gecə görüntülərini təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...