Vətəndaş Birliyi" Seçki qərərgahı məlumat YAYDI
2024-cü il fevralın 7-nə təyin edilən Azərbaycan Respublikası Prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Fuad Əliyevin “Vətəndaş Birliyi” Seçki Qərargahının (SQ) iclası keçirilib.
Versus.az xəbər verir ki, bu barədə Seçki Qərargahının Mətbuat Xidmətinin məlimatında bildirilib.
Məlumata qeyd edilir ki, dekabrın 24-də keçirilən iclasda namizədin Seçki Qərargahının rəhbəri Xəzər Teyyublu vətəndaş imzalarının toplanması ilə bağlı işçi qrupun rəhbəri Kəmal Hüseynova söz verib. Kamal Hüseynov bildirib ki, imza vərəqələri toplamaq üçün 100 könüllü cəlb olunub:
“Yerlərdən verilən ilkin məlumata görə, imzatoplama kampaniyası zamanı könüllülər çətinliklərlə üzləşsələr belə, proses uğurla davam edir”.
Daha sonra “Vətəndaş Birliyi” SQ rəhbəri Xəzər Teyyublu namizədin seçkilərdə fəaliyyətinin əsas istiqamətləri, gələcəkdə rəsmən qeydə alınacağı təqdirdə platforma və proqramların hazırlanmasına dair təkliflər irəli sürüb.
Müzakirələrdən sonra, bəzi dəyişikliklər edilərək, təkliflər qəbul olunub.
AYSEL
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"