Rusiyada iki balıqçı sirli şəkildə yoxa çıxdı

07:15 07-12-2023 | icon 444 | Dünya
Rusiyada iki balıqçı sirli şəkildə yoxa çıxdı

Rusiyanın Rostov vilayətində iki balıqçı müəmmalı şəkildə yoxa çıxıb. Hadisə ilə bağlı əldə edilən görüntülərdə dumanın içində onların qayığının yanından üzüb keçən naməlum işıq saçan “top” əks olunub. Bundan bir neçə dəqiqə sonra isə balıqçılarla əlaqə kəsilib. Suda tərsinə dönərək aşan qayıq axının iki kilometr yuxarısında tapılıb.

 

Mütəxəssislər işıq saçan “top”un nə olduğu ilə bağlı heç bir təxmin verə bilməyiblər.

 

Məlumata görə, Sergey Zaporojsev və Vitali Buznyakov adlı balıqçılar dekabrın 1-də Don çayında balıq tutmağa gediblər. Elə həmin gün saat 22:28-də Vitali həyat yoldaşına zəng edib və artıq evə qayıdacaqlarını deyib. Bu, balıqçıların əlaqəyə çıxdığı son dəfə olub. Bundan sonra onları bir daha heç kim görməyib.

 

Əvvəlcə yaxınları gecə saatlarında özləri itkin düşənləri axtarmağa gediblər. Onlar qayığı aşmış vəziyyətdə aşkarlayıblar, qayığın avarı isə digər sahildə olub. 

 

Qonşuluqda yerləşən istirahət mərkəzinin təhlükəsizlik kameralarına baxış keçirilib. Görüntülərdən məlum olub ki, balıqçı evə zəng etdikdən 14 dəqiqə sonra qayığın yanında naməlum obyekt peyda olub.

 

Balıqçıların qohumları hesab edirlər ki, Sergey və Vitali boğula bilməzdilər, çünki onlar təxminən 25 il ərzində bu yerdə balıq tutublar. Fövqəladə xidmətlər çayın dibində axtarış aparıb, lakin hazırda heç bir cəsədtapmayıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM