Türkiyədə zəlzələ zamanı dənizdə qəribə hadisə
Türkiyənin Bursa şəhərində bir neçə gün əvvəl baş verən 5,1 bal gücündə zəlzələnin fəsadları Bursa və rayonları başda olmaqla İstanbul, Yalova və Kocaelidə hiss olunmaqda davam edir. Hadisədən sonra sosial mediada yayılan bir görüntü müzakirə obyektinə çevrilib.
Belə ki, episentri Gemlik körfəzi olan zəlzələ zamanı dənizdə maraqlı görüntü qeydə alınıb.
Gemlik körfəzi sahilinə çıxışı olan Mudanya mahalının Kumyaka məhəlləsində bir iş yerinin işlək vəziyyətdə olan təhlükəsizlik kamerası zəlzələ anında baş verənləri qeydə alıb.
Görüntülərdə dənizin ortasından ağ tüstü çıxdığı əks olunub. Bu kadrlar sosial şəbəkələrdə gündəm olub.
Xəbər lenti
Hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIĞI
Sabah Bakıda və Abşeron yarımadasında...