Alkoqollu içkilərin vergisi artırılır?

13:26 11-12-2023 | icon 262 | Sosial
Alkoqollu içkilərin vergisi artırılır?

Qiyməti qalxmamış zərərini öyrənin

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əksər ölkələrin sağlam həyat tərzinin təbliği üçün vergi mexanizmlərindən düzgün şəkildə istifadə etmədiyini müəyyənləşdirib, alkoqollu və tərkibində şəkər olan içkilərə vergilərin artırılmasına çağırıb.

 

108 ölkə tərkibində şəkər olan içkilərin müəyyən növlərinə vergi qoyub. Azı 148 ölkə milli səviyyədə spirtli içkilərə aksiz vergisi tətbiq edib. Eyni zamanda, azı 22 ölkədə şərab aksiz vergisindən azaddır ki, onların da əksəriyyəti Avropa qitəsindədir. Dünyada ən çox satılan pivə brendinin qiymətində orta hesabla aksiz vergisinin payı 17,2% təşkil edir.

 

Bəs görəsən, belə bir qərarın hansı nəticələri ola bilər? Qiymətlərdə dəyişiklik gözlənilirmi?

 

Mövzu ilə bağlı iqtisadçı Emin Qəribli bildirib ki, insan sağlamlığı hazırda daha çox diqqət mərkəzindədir:

 

 

“İnsan sağlamlığına təsir edən amillər kifayət qədər çoxdur. Bu kimi məqamlara diqqət etmək lazımdır. Beynəlxalq səviyyədə, məsələn, BMT-də dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə olunarkən burada həm sosial təzminat, həm insanların sağlamlığı, həm də təhsil, ekologiya problemləri və s. nəzərdə tutulur. Qlobal səviyyəli problemlərin həlli üçün müxtəlif konvensiyalar qəbul edilir və dövlətlər də ümumi qaydalara riayət etmək üçün dəvət olunurlar”.  

 

Ekspert qeyd edib ki, alkoqollu və şəkər qatqılı içkilərə vergilərin artırılması normal haldır:

 

“Ancaq alkoqollu və şəkər tərkibli içkilərə vergilərin qısa zamanda artırılacağını düşünmürəm. İqtisadiyyata təsiri də dərhal baş verməyəcək. Təbii ki, qiymətlərə təsir göstərəcək. Lakin bu, mərhələ ilə olacaq”.

 

Terapevt Günel Fətəliyeva alkoqol və şəkər tərkibli içkilərin insanların səhhətində ciddi xəstəliklərə yol açdığını vurğulayıb:

 

 

“Alkoqollu, şəkər tərkibli və xüsusən də energetik içkilər qeyri-sağlam məhsullardır. İnsanlarda tez bir zamanda ciddi, hətta ölümlə nəticələnən xəstəliklərin yaranmasına səbəb olur. Qan-damar sistemi xəstəlikləri, əsasən, infarkt, insult, eləcə də şəkərli diabet, onkoloji xəstəliklərin hər biri sağlam olmayan qidalar səbəbindən yaranır. Düşünürəm ki, içkilərin qiymətindəki mümkün artım varlı təbəqəyə təsir etməyəcək. İmkanları məhdud olanlar isə aludə olduqları məhsulların daha ucuzunu və nəticə olaraq keyfiyyətsizini alacaqlar. Bu isə xəstəliklərin artmasına səbəb olacaq. Buna görə də ümumilikdə qeyri-sağlam qidaların zərərləri barədə güclü maarifləndirmə tədbirləri aparılmalıdır”.

 

Qeyd edək ki, aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata çatdırılıb. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq