“Heydər Əliyev və Azərbaycan muzeyləri” - FOTOSƏRGİNİN AÇILIŞI

15:52 15-12-2023 | icon 461 | Cəmiyyət
“Heydər Əliyev və Azərbaycan muzeyləri” - FOTOSƏRGİNİN AÇILIŞI

Bu gün, dekabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində “”Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan muzeyləri” adlı fotosərginin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri tarix elmləri doktoru Həsən Həsənov, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov, Bülbülün ev-muzeyinin baş mühafizi Adilə Məmmədova, Nəriman Nərimanovun ev-muzeyinin fond mühafizi Mayisə Həsənova, Hüseyn Cavidin ev-muzeyinin direktoru Gülbəniz Babaxanlı, Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Böyük Qayıdış Gənclər Təşkilatının, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin, Suraxanı rayon Gənclər Evinin rəhbəri və üzvləri, elm və mədəniyyət, ictimaiyyət, KİV nümayəndələri, muzeyin əməkdaşları iştirak edib.

 

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, qonaqları salamlayıb və tədbirin əhəmiyyəti haqqında ətraflı məlumat verdi.

 

Sonra Nazir müavini Səadət Yusifova Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, muzeylərinə göstərdiyi qayğı və diqqətdən danışdı və fotosərginin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

Daha sonra ictimai-siyasi xadim Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında mühazirə ilə çıxış edib. Tarixi faktlara əsaslanan mühazirə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Verilən suallar diplomat Həsən Həsənov tərəfindən cavablandırılıb.

 

Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri tarix elmləri doktoru Həsən Həsənov versus.az-a verdiyi açıqlamada bildirib ki, bugünki tədbir təqdirə layiqdir:

 

"Çünki Heydər Əliyev həmişə bu problemə böyük diqqət yetirib, Azərbaycanda muzey işinin inkişafı ilə bağlı rəsmi qərar qəbul edib və bu qərara uyğun olaraq, Azərbaycanda demək olar ki, muzey olmayan bütün ərazilərdə muzeylər yaradılıb. Düzdür, onların bəziləri işğal olan torpaqlarda yerləşdiyinə görə, dağıdılmışdır, amma şübhəsiz ki, tezliklə hər biri bərpa olunacaq".

 

Daha sonra qonaqlar tədbirin əhəmiyyəti barədə öz təəssüratlarını bölüşüblər və fotosərgini ziyarət ediblər.

 

Fotosərgidə Ümummilli lider Heydər Əliyevin bir sıra Azərbaycan muzeylərinə ziyarəti zamanı lentə alınmış 22 ədəd fotoşəkli nümayiş olunur.

 

Tədbir qonaqların fotosərgini və məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev muzeyini ziyarət etməsi ilə davam edib.

 

Qeyd edək ki, fotosərgi iki ay müddətində davam edəcək. Giriş sərbəstdir.

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT