Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik TOPLANTISI

17:17 15-12-2023 | icon 1032 | KİV
Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik TOPLANTISI

Belçikanın Antverpen şəhərində Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı keçirilir.

 

Versus.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli və qurumun İdarə Heyətinin üzvü Yadigar Məmmədəli konfransda iştirak edirlər.

 
 

Konfransda AİPCE-nin təşkilati məsələləri müzakirə edilib və yeni üzvlərin qəbulu sahəsində strategiya qəbul edilib. Çoxsaylı müraciətlər nəzərə alınaraq, AİPCE-də Avropa Şurasının üzv dövlətləri ilə yanaşı, dünyanın digər ölkələrindən olan media şuralarının da təmsilçiliyinə şərait yaradılması barədə qərar verilib. Yenilənmiş Nizamnaməyə əsasən, Avropa Şurasının üzv dövlətlərindən olan mətbuat şuraları AİPCE-nin sıralarında “Həqiqi üzv”, digər ölkələrdən olanlar isə “Müşahidəçi üzv” statusu ilə təmsil oluna biləcəklər.

 

Konfransın gedişində müasir media trendləri də müzakirə edilib. “Süni intellektin jurnalistikaya təsirləri”, “ChatGPT, Google Search və müəllif hüquqları”, “Peşəkar KİV-lərin mövcud problemləri və gələcək təhdidlərə qarşı dayanıqlığın yaradılması”, “Rəqəmsallaşma dövründə media şuralarının rolu” kimi mövzular üzrə panel sessiyalar təşkil edilib.

 

Qeyd edək ki, Avropa Müstəqil Mətbuat Şuraları Alyansı (AİPCE) Avropa Şurasına üzv dövlətlərdə fəaliyyət göstərən mətbuat şuralarının koordinasiyasını həyata keçirən beynəlxalq təşkilatdır. Azərbaycan Mətbuat Şurası AİPCE-nin üzvüdür və onunla sıx əməkdaşlıq şəraitində çalışır.

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”