Xəyyam Əsgərovun ailəsinə ağır itki üz verib

18:34 15-12-2023 | icon 396 | Cəmiyyət
Xəyyam Əsgərovun ailəsinə ağır itki üz verib

“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərovun atası Rasim Əsgərov 67 yaşında vəfat edib.

 

Qeyd edək ki, Rasim Vəli oğlu Əsgərov 1956-cı ildə Gəncə şəhərində anadan olub. II qrup Qarabağ müharibəsi əlili idi və uzun müddət hüquq mühafizə orqanlarında çalışıb. O, vətənin dar günündə onun müdafiəsinə qalxıb, öz milli borcunu yerinə yetirmək üçün Qarabağ döyüşlərində iştirak edib. Rasim Əsgərov I Qarabağ müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərdə igidliklə döyüşüb və yaralanıb. Onun bu xidməti həmişə həyatının ən fəxarətli günləri kimi həm özünün, həm də ailəsinin qürur mənbəyi olub. Hər zaman Ulu Öndərimiz Heydər Əliyevin yoluna və Prezident İlham Əliyevin siyasi kursuna sadiq olan şəxs kimi həmkarları, yaxın dostları arasında tanınıb. Həm orduda, həm də Daxili İşlər orqanlarındakı qüsursuz xidmətlərinə görə dövlətimiz, ölkə rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb. Dekabrn 15-də ağır xəstəlikdən sonra vəfat edib. R.Əsgərovun beş övladı var idi. 

 

Mərhum sabah Bakıda dəfn olunacaq. Onun yas mərasimi dekabrın 18-də saat 14-də Təzəpir məscidində keçiriləcək. “İMZA” İctimai Birliyinin rəhbərliyi və kollektivi Birliyin sədri Xəyyam Əsgərova atası Rasim müəllimin vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhumun ailəsinə, əzizlərinə, dostlarına və yaxınlarına uca Yaradandan səbr diləyir.

 

Allah rəhmət eləsin!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”