"Dünyada bir geopolitik savaş var"
Əli Mustafa: "Fransa kimi bir dövlətin bu gün haqq-ədalətdən danışması normal qəbul edilə bilməz"
"Kolonializm dünyada bir istismar formasıdır. İmperiyaların yeni dövrə konfilyaj olunub yenə də öz müstəmləkə siyasətlərini davam etdirməsidir. Azərbaycanın buna qarşı fəal mövqe alması təqdirəlayiqdir".
Versus.Az xəbər verir ki, bunu beynəlxal hüquq siyasəti eksperti Əli Mustafa İsveçrənin Cenevrə şəhərində yerləşən BMT Ofisində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfransın əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
Ə.Mustafa qeyd edib ki, bu gün Ermənistan Azərbaycan münaqişəsinin əsas körükçülərdən biri Fransadır və bu ölkə neokonolializmin simvollarından biridir:
“Hər il Afrikadan 500 milyard dollara qədər sərvət talayan, o ərazini işğal edən Fransa kimi bir dövlətin bu gün haqq-ədalətdən danışması normal qəbul edilə bilməz. Fransanın bu gün də Azərbaycana qaşı əks qərəzli möve tutması təbii olaraq ölkəmizin o dövlətin qara əməllərini ortaya qoyaraq əks mövqe sərgiləməsini şərtləndirir”.
Ekspert qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının təmsilçisi kimi üçüncü dünya dövlətlərini, müstəmləkəyə məruz qalan xalqları müdafiə etməklə təqdirəlayiq təşəbbüslə çıxış edir. Onun fikrincə, bu siyasətə qarşı mübarizə aparan hər bir dövlətin təşəbbüsləri təqdir olunmalıdır:
“Bu gün dünyada bir geopolitik savaş var. Fransa və digər onun kimi imperiya xislətli dövlətlərin yeni dönəmin kaloniyçılıq siyasəti davam edir. Bu gün Azərbaycan işğalçılığa, talana qarşı mübarizə aparırsa çox yaxşıdır. Bunun əhəmiyyəti yüksəkdir. Qoşulmama Hərəkatında olan dövlətlərin əksəriyyəti neokonolializmə məruz qalan dövlətlərdir. Azərbaycanın bu istiqamətdə işlər aparılması onların da ürəyincədir”.
LƏMAN
versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"