"Fransanın müstəmləkə siyasəti bu gün də davam edir"
Cəmalədin Quliyev: “Cenevrədə müstəmləkəçiliyə qarşı keçirilmiş konfrans bunun sübutudir”
“Görünür Azərbaycan, Qoşulmama Hərəkatına sədrliyindən yeni müstəmləkəçiliyə qarşı mübarizənin koordinasiya olunması və yeni məcraya yönəlməsi üçün istifadə edə bilib. Bu, Azərbaycanın beynəlxlq siysətinin artmasının götəricisi, beynəlxalq münasibətlər sisteminə baxışının ifadəsidir. Bu, müstəmləkəçilikdən əziyət çəkən xalqların, ötən əsrin 40-60-80-ci illərində olduğu kimi müstəmləkəçiliyə qarşı xalqlarının milli istiqlal hərəkatının başlanğıcı ola bilər”.
Versus.Az xəbər verir ki, bunu siyasi ekspert Cəmaləddin Quliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə BMT Ofisində keçirilən “Neokolonializm: İnsan Hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfransla bağlı açıqlamasında bildirib.
C.Quliyev Prezident İlham Əliyevin hələ II Qarabağ müharibəsi dövründə xarici mediaya verdiyi müsahibələrdə, Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirlərində və digər çıxışlarında, Türkiyə Prezidentinin də dediyi məşhur “dünya 5-dən böyükdür” formulunu önə çəkməsini təsadüfi saymayıb. Onun fikrincə, bu təşəbbüs onu göstərdi ki, həmin formul sadəcə olaraq havaya atılmış bir söz deyil, real məzmun kəsb edir.
C.Quliyev xatırladıb ki, “Azərbaycan siyasəti, uzun müddət xüsusən II Qarabağ müharibəsinə qədər özünəmüdafiə xarakterində idi. Əleyhimizə dünyanın müxtəlif ölkələrində haqsız kampaniyalar aprılırdı. Sanki özünü bəraətlə məşğul idik. Həmin vaxt Fransız şəhərləri işğal olunmuş ərazilərimizi -Şuşa, Xankəndi və digər şəhərləri özünə “qardaşlamış şəhərlər” elan edirdi. Azərbaycan diplomatik kanallarla Avropa hüquqnun verdiyi imkanlardan istifadə edərək həmin addımların qarşısını almağa çalışırdı:
“II Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün ərazilərini işğaldan azad etməsindən sonrakı proseslər göstərdi ki, Azərbaycanın bu sayğılı, xoşgörülü, komplementar xarici siyasət kursu bəziləri tərəfindən o qədər də düzgün anlaşılmır. Bu bizim öz haqqımızdan sanki geri durmağımız, sanki təzyiqlə bizdən nəsə qopartmağın mümkün olması kimi anlaşılır. Biz Azərbaycanın əvvəlcədən elan elədiyi kimi erməni lobbisinə qarşı istifadə etdiyimiz hücum diplomatiyasını, indi bütöv antiAzərbaycan dairələrinə qarşı tətbiq edilməsi siyasətinə keçidin şahidi oluruq. Cenevrədə müstəmləkəçiliyə qarşı keçrilmiş konfrans bunun sübutudir”.
C.Quliyev qeyd edib ki, bu gün Qərb ölkələrinin, xüsusilə Fransanın bu və digər mənfi münasibətinin, Ermənistanın bizə qarşı silahlandırılmasının ölkəmizin öz suverenliyini işğal olunmuş torpaqlarının üzərində bərpasına qarşı çıxışlarının şahidi oluruq:
“Fransa yalnız müstəmləkəçi keçmişə malik deyil. Fransanın müstəmləkə siyasəti bu gün də davam edir. Təkcə Afrika ölkələri ilə bağlanmış qeyri-bərabər müqavilərlə istismarçı neokolonist baxışlarla Afrika dövlətlərinin istismardan söz getmir, həm də dünyanın müxtəlif ölkələrində müstəmləkəçilik siyasəti fiziki baxımdan davam edir. Həmin ölkələrdə müstəmləkəçilik, nəinki iqtisadi, mədəni, yumşaq gücdən istifadə etməklə, hərbi baza yerləşdirməklə davam etdirilir, bilavasətə ərazilər Fransanın irerarxiyası altındadır. Baxmayaraq ki, həmin xalqlar cənubi Amerikada, Latın Amerikası ölkələrində, Afrika ölklərində, okeanaziya ölkələrində, onlarla dənizaşarı ölkələr Fransanın müstəmləkə sistemindən əziyyət çəkir. Bu və digər xalqlar, dövlətlər fransız müstəmləkəsinə qarşı mübarizə aparsa da, Fransanın dünya siyasətindəki, xüsusən də BMT-dəki üstün mövqeyi bu mübarizənin effektsiz olmasına səbəb olur. Fransız yaxın tarixindən bildiyimiz qədər Fransa bəzən komandostlar tərəfindən dünyanın müxtəlif ölkələrində hərbi çevirilişlər həyata keçirib. Ayrı-ayrı dini radikal qrupların, etnik separtaçıların dəstklənməsi yolu ilə ölkələrin Fransadan asılı vəziyyətə salınması siyasəti davam etdirilir”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"