“Məhz cənab Prezidentin uğurlu daxili və xarici siyasəti nəticəsində...”
Bəhruz Məhərrəmov: "3 il ərzində düşmən 2 dəfə kapituliyasiyaya məcbur edildi"
"Siyasi suverenliyimizin möhkəmlənməsi, tam iqtisadi müstəqilliyə nail olunması, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı, beynəlxalq hüquqla tanınan bütün ərazilərimizdə konstitusiya quruluşunun bərqərar olunmasına məhz cənab İlham Əliyevin rəhbərliyi altında nail olunub".
Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizin keçdiyi inkişaf yoluna diqqət çəkərkən bildirib.
Deputat qeyd edib ki, əsrlərdir məğlubiyyətlərə adət etmiş, itkilər verməkdə davam edən bir toplum, qalibiyyət anlayışını unutmuş bir xalqdan müzəffər topluma məhz möhtərəm İlham Əliyevin sayəsində çevrilə bildi:
“Bu xalq məhz Heydər Əliyev siyasi kursuna sadiq qalan cənab İlham Əliyevin qətiyyəti ilə, 3 il ərzində düşməni 2 dəfə kapituliyasiyaya məcbur edən qalibə çevrilib. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, həyata keçirilən iqtisadi və siyasi islahatların məntiqi nəticəsi olaraq Azərbaycan tarixin ən güclü dövrünə qədəm qoyub. Bu gün isə biz tam yeni inkişaf dövrünə qədəm qoymuşuq və yeni - qalib və qüdrətli Azərbaycanda Heydər Əliyev siyasi kursu və şəxsən Cənab İlham Əliyev siyasi təfəkkürünə, Onun müzəffər rəhbərliyinə əvvəlki dövrlərdən daha çox möhtacıq”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"