Son illərin iqtisadi uğurlarına qısa statistik GÖSTƏRİCİ
Ramil Hüseynov: “Bu uğurlar prezidentin 20 ildə iqtisadi inkişaf tempini yüksələn dinamika ilə aparmasının göstəricisidir”
"Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi ən böyük inkişaf strategiyası iqtisadi, siyasi, hərbi və diplomatik müstəvidə Azərbaycanın regionda əsas təşəbbüskar ölkə kimi çıxış etməsi ilə indekslənir".
Versus.Az xəbər verir ki, bunu Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkənin keçdiyi inkişaf yoluna diqqət çəkərkən bildirib.
Mərkəz rəhbəri qeyd edib ki, qələbədən sonra Azərbaycana qarşı beynəlxalq münasibətlərin müsbət mənada dəyişməsi, istənilən ölkə ilə bərabər səviyyədə danışıqların aparılması və həmin bərabərlik statusunun qazanılması iqtisadi inkişafın siyasi təminatıdır:
“Əvvəlki illəri nəzərə almasaq, son üç ildə dövlətimiz və regionda yaranan yeni reallıqlar, regionun loqistikasını dəyişəcək nəhəng iqtisadi layihələr uğurlu iqtisadi siyasətin davamıdır. Nəzərə almaq lazımdır ki, bütün bu sadaladıqlarımız çox dərin praktik təsirə malikdir. Bu gün dünyada iqtisadi maraq çox əhəmiyyətli rol oynayır və məsələyə o kontekstdən yanaşanda bizim iqtisadi uğurlarımız kifayət qədər ciddidir. Bu, bizim ölkənin gələcək inkişafı üçün danılmaz faktdır”.
R.Hüseynov qeyd edib ki, siyasi sabitlik olmadan iqtisadi inkişafdan danışmaq sadəlöhvlük olar. O, bu kontekstdə son illərin iqtisadi uğurlarına qısa statistik göstərici ilə diqqət çəkib:
“Son iyirmi il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirlərimiz 30, xarici ticarət dövriyəmiz 10 dəfə artmışdır. Ölkəmizə qoyulan sərmayə 310 milyard ABŞ dollarıdır. Bütün bunlar ölkədə iqtisadi inkişafın göstəriciləridir. Yoxsulluq səviyyəsinin 50 faizdən 5-6 faizə düşməsi birbaşa xarici borcların və neftdən asılılığın azaldılması, qeyri- neft sektoruna qoyulan sərmayələrin artması son illərin uğurları, cənab prezidentin 20 ildə iqtisadi inkişaf tempinin yüksələn dinamika ilə aparmasının göstəricisidir”.
LƏMAN
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"