Göygöldə Milli Cəbhə Partiyasının (MCP) Göygöl rayon şöbəsinin təsis iclası keçirilib.
Versus.Az xəbər verir ki, bu barədə MCP-nin mətbuat xidmətinin məlumatında bildirilib.
İclasda partiya rəhbərliyindən sədr müavini Ehtiram Mehdiyev, sədr müavini Vüqar Dadaşov, Təşkilat Şöbəsinin sədri Kamil Babayev, Mətbuat Şöbəsinin müdiri Vusal Garayev və şəhid ailələləri, rayon sakinləri iştirak ediblər.
Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra MCP-nin sədr müavini, deputat köməkçisi Ehtiram Mehdiyev iştirakçıları salamlayaraq MCP sədri, deputat Razi Nurullayevin də salamlarını çatdırırb.
Çıxışlardan sonra keçirilən səsvermə nəticəsində Vəli Muxtarov Göygöl rayon şöbəsinin sədri seçilib.
Tədbirdən sonra Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
PƏRİ
versus.az