Beynəlxalq müşahidəçilərə dəvət məktubu göndəriləcək
“Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları da növbədənkənar prezident seçkilərində iştirak etməlidirlər. Bunun üçün onlara şərait yaradılmalıdır”.
Versus.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.
“Prezident seçkilərində ölkənin kənarında olan seçicilərə də biz şərait yaratmalıyıq”.
O, həmçinin, seçkiləri izləyəcək beynəlxalq müşahidəçilərə də yaxın günlərdə dəvət məktubu göndəriləcəyini söyləyib:
“Seçki Məcəlləsinin tələbinə görə beynəlxalq müşahidəçiləri üç orqan dəvət etmək hüququna malikdir”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"