Gənc şairimizin "Ulu Öndərin İşığında" kitabı Lənkəranda - TƏQDİMAT

11:19 18-12-2023 | icon 385 | Cəmiyyət
Gənc şairimizin "Ulu Öndərin İşığında" kitabı Lənkəranda - TƏQDİMAT

Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə gənc şair-publisist Sevindik Nəsiboğlunun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr etdiyi "Ulu Öndərin işığında" adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib...

 

Təqdimat mərasimində Lənkəran Şəhər 5 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə tərbiyəvi təşkilatçısı Ağacəfər Fətullayev şair-publisist Sevindik Nəsiboğlunun həyat və yaradıcılıq fəaliyyəti ilə bağlı məlumat verib.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ruslan Hüseynov, ictimai fəal, gənc müğənni Allahverən Pərvizoğlu, psixoloq Anara Nəzərova çıxış edərək gənc şair-publisistə uğurlar və yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

 

Daha sonra şair-publisist Sevindik Nəsiboğlu müəllifi olduğu "Ulu Öndərin İşığında" adlı kitabı haqqında məlumat verib və kitabının Lənkəran şəhərində təqdimatının keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşova təşəkkürünü bildirib.

 

Sonda məktəblilərin ifasında gənc şair-publisist Sevindik Nəsiboğlunun müəllifi olduğu şeirlər səsləndirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA