Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev növbədənkənar Prezident seçkilərində namizəd olacaq.
Versus.Az xəbər verir ki, bu barədə MCP-nin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Məlumatda qeyd edilir ki, partiyanın İdarə Heyyətinin iclasında Milli Cəbhə Partiyasının prezident seçkilərində iştirak etməsi ilə bağlı qərar verilib.
"Milli Cəbhə Partiyası (MCP) seçkilərdə iştirakı, ciddi nəticə əldə etməyi, xalqla çalışmağı zərurət hesab edir və bu məqsədlə də öz namizədiylə seçkilərə qatılır"- deyə, məlumatda bildirilir.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.
Milli Cəbhə Partiyası Azərbaycan xalqını seçkilərdə fəal iştirak etməyə səsləyir.
PƏRİ
versus.az